Dünyanın on ən nəhəng hedc fond* menecerləri (investisiya fondu) 2018-ci il ərzində 7,7 milyard dollar gəlir əldə edib. Maliyyəçilərin gəlirlərinin reytinqini Bloomberg agentliyi öz rəsmi saytında yerləşdirib.
Hedc fond * - Sadə formada ifadə etsək, hedc fondlar şəxsi və aktiv idarə olunan investisiya fondlarıdır.
Qeyd edək ki, reytinqdə fərqli strategiyadan istifadə edən fond rəhbərləri yer alıb.
Yalnız iki menecer: Cey Simons (Renaissance Technologies) və Rey Dalio (Bridgewater Associates) il ərzində milyard dollardan çox (1,6 və 1,26 milyard dollar) gəlir əldə ediblər. Onlar ən çox sərvətə sahiblər siyahısına belə başçılıq edir.
Simonsun sərvəti 16,55, Dalioda da isə 16,2 milyard dollar təşkil edir.
Həmçinin oxu: Prayvit bankinq - Alternativ investisiyalar
Reytinqdə yer alan on fonddan dördü kəmiyyət kvant ticarət strategiyasından istifadə edib. Eyni sayda olan multistrategiyaya malik fondlar da siyahıda yer alıb. Bu fondlardan biri eyni zamanda kəmiyyət (kvant) fondu sayılır.
İki fond siyasətini makroiqtisadiyyat, digər biri isə cüt treydinq üzərindən yürüdüb.
Səhmlərin qaytarılması prosesi top fondlar arasında orta göstəricidən daha yüksək səviyyədədir.
Citadel (Ken Qriffinə məxsus) Wellington fondu üçüncü pillədə qərarlaşıb. Fondların 2018-ci il ərzində ümumi olaraq vəsait itkisinin 6,7 % olduğuna baxmayaraq, Wellington həmin il ərzində 9, 1% gəlir əldə edə bildiyi qeyd olunub.
Xəbəri həm də başqa dildə oxumaq mümkündür: Самые высокооплачиваемые менеджеры хедж-фондов заработали за год $7,7 млрд
Günel Gözəlova, Banco.az