Prayvit bankinq - Alternativ investisiyalar | Banco.az

Prayvit bankinq - Alternativ investisiyalar

Biz sizinlə artıq daha öncəki yazılarda aktivlərin diversifikasiyasının vacibliyinə toxunmmuş və əsas investisiya alətlərindən danışmışdıq. Bu dəfə isə alternativ investisiya növlərini sizin nəzərinizə çatdırmaq istərdik. Qeyd edək ki, bölgü  Bank Sinqapurun, investisiya departamentinin direktoru Qautama Krişna tərəfindən verilib, cənab Krişna hər alət üzrə təcrübəsinə əsaslanan fikirlərini bizimlə bölüşüb.

Alternativ investisiyalara bir qayda olaraq, qızıl və daşınmaz əmlak, həmçinin birbaşa investisiyalar və hedc fondları aid edirlər. Belə hesab olunur ki, müştərinin investisiya kapitalının 20-25%-i alternativ aktivlər adlanan xüsusi aktivlər qrupuna yatırım edilməlidir – bu investisya portfelində balansı saxlamaq üçün lazımdır, Krişna qeyd edir.

Qızıl

Qızıl – qiymətli metallar içərisində ən məşhurudur – adətən çətin durumlarda qiymətləri yüksəyə qalxır.  Bu onunla bağlıdır ki, ümumilikdə investorlar qızılı hedc aləti qismində və ya özlərini iqtisadi, siyasi və sosial böhranlardan sığortalamaq məqsədi ilə istifadə edirlər. Amma ümumi rifah günlərində qızıl qiymətində enişlər müşahidə olunur.

Bu nəyə görə baş verir? “Dünyanın sonu yaxınlaşanda bütün istiqrazlar və səhmlərin qiymətləri yerlə yeksan olur, sizin qızıl filizləriniz və ya nağd vəsaitiniz isə heç yerə getmir” – Krişna bildirir. Əgər nə vaxtsa növbəti “ərəb baharı” yaşanarsa və ya ABŞ-a hücum olarsa, onda qızıl qiymətində növbəti yüksəliş dalğası ehtimal ediləndir.

Uiber bu nəzəriyyə ilə razıdır: qızıl iqtisadi böhranlar dövründə güvənli yatırım hesab olunur və bu onun daxili dəyəri və toxunulan olması ilə bağlıdır. Bütün bunlar isə böhran vaxtı müştəri üçün daha çox əhəmiyyət daşıyır. Nəticə olaraq qızıl qiyməti çox qorxunc faktorlardan qızışır. Amma bazarda qızılın qiymətinə təsir edəcək başqa amillər də vardır.

Son beş il ərzində qızılın qiymət tərəddüdlərinə baxmaq da yerinə düşər. Bu il dünya bazarlarında qızılın qiymətində daha çox enişlər müşahidə olunub.

Bir başa investisiyalar

Qızıl yatırımlarından fərqli olaraq, fond birjasında kotirovka olunan özəl müəssisələrdə səhmlərin alınmasını nəzərdə tutan bir başa investisiyaların həcmi, adətən daha ürək açan və sevindirici iqtisadi dövrlərdə artır.

“Səhmdar qismində bir-başa investisiyalar dünyada əmin-amanlıq və sakitliyin hökm sürdüyü dövrlərdə daha çox yada düşür. Dünyada hərc-mərcliyin hökm sürdüyü vaxtlarda insanlar daha stabil gəlirlərə üstünlük verir və mümkün qədər tez müddətdə  onu əldə etmək istəyir” - Krişna bildirir.

Bu aktiv növü yatırımlara yaxın gələcək perspektivindən baxan müştərilərin üçün o qədər də maraq kəsb etmir.  Bir başa investisiyalar sahəsində uğur qazanmaq üçün uzaqgörənlik və bir neçə il ərzində toxunulmaz saxlaya biləcəyiniz vəsait tələb olunur. Söhbət o vəsaitdən gedir ki, siz onu itirməyi özünüzə icazə verə bilərsiniz, daha ailə və uşaqlar üçün nəzərdə tutulan pulu investisiya etməli deyilsiniz.  

Krişna izah edir ki, belə investisiyaların faydası ondadır ki, kapital ikiqat, üçqat, hətta dəfələrlə arta bilər, eyni zamanda hər hansı bir samballı şirkətin məsələn, Mark&Spencer-in qəfil ucuzlaşması ehtimalı çox azdır. Ona görə də səhm investisiyaları daha uzun müddətə hesablanmış olsa da, son nəticədə daha çox gəlirlidir və daha sərfəli investisiya növüdür.

Ən sərfəli kredit üçün müraciət et

Siegel sübut edib ki, uzun müddət ərzində səhmlər qazanc nisbətinə görə bütün digər investisiya növlərini üstələyib. Bura daşınmaz əmlak, qızıl və gümüş, istiqrazlar və başqa yatırım sahələri daxildir.

1801-2006-cı illər. 1801-ci ildə səhmlərə edilən 1 dollar yatırım 2006-cı ildə 12.7 milyon olardı. Bu isə bütün başqa yatırım növlərini üstələyir.

Daşınmaz əmlak

“Son dövrlərdə daşınmaz əmlak ən gəlirli investisiya növü adını qazanmağa müəssər olmuşdur. Məsələn, hesab olunur ki, yaxın beş il ərzində Böyük Britaniyada daşınmaz əmlakın qiyməti daha 30% artacaq. Müştərilərimizin 50%-ə yaxını öz sərvətlərini məhz daşınmaz əmlak sahəsində toplaya bilmişdir. Əgər siz 2007-ci ildə Baker Street-də 500 000 funt sterlinq həcmində məbləği daşınmaz əmlaka yatırım etmiş olsaydınız, bu gün həmin əmlakı 1,2 milyon funt sterlinqə sata bilərdiniz.”  – Krişna söyləyir. Kommersiya və ya yaşayış üçün nəzərdə tutulan əmlaka, o cümlədən, torpaq sahələrinə istər birbaşa, istər də  hüquqi şəxslərin vasitəsi ilə dolayı yolla yatırım etmək olar, məsələn Real Estate İnvestment Trust (REİT) vasitəsi ilə. 

Daşınmaz əmlak yaxşı investisiya aktividir. Ən azından ona görə ki, insanların şəxsi kapital səhmlərinin aqibətinin necə olacağını bilmir, amma əgər sizin eviniz varsa, deməli sizin maddi toxunula bilən yatırımınz var.

Hedc fondlar 

 “Hedge” sözü maliyyə dünyasında arzu olunmaz hadisələrdən qorunmaq mənasında işlədilir. Başqa sözlə desək, hedc fondlar, bazarın yüksəlməsindən və ya enməsindən asılı olmayaraq qazanc əldə etməyə çalışırlar.

1960-ci illərdə dünyada təxminən 200 “hedc fond” (ingilis dilində “hedge fund”) var idisə, 2015-ci bu rəqəm minlərlədir.

Hedc fond nədir? Sadə formada ifadə etsək, hedc fondlar şəxsi və aktiv idarə olunan investisiya fondlarıdır.

İnvestorlar bir araya gələrək fonda yatırım edirlər, fondun rəhbərliyi isə fonda yığılan vəsaitlərə, müxtəlif bazarlara, investisiya alətlərinə və strategiyalara yatırım edir. Dövrün sonunda isə (adətən illik dövrün) əldə edilən qazancların təxminən 80 faizi investora, digər 20 faizi isə fondun idarə heyətinə verilir. Yeri gəlmişkən, buna bir çox hallarda “2-20” qaydası da deyirlər.

Buna rəğmən maliyyə alətləri içərisindən bəlkə də layiqincə qiymətləndirilmə baxımından öz yerini tutmayıb. Hedc fondlar şəxsi kapitalın spekulyativ investisiya edilməsini nəzərdə tutur. Məsələn, siz Biritish Airways’in səhmlərini 40 funta almısınız, səhmlərin qiməti 0 funda qədər düşə və sonra 80 funta qədər yüksələ bilər. Hedc fondlar elə bir üsulda işləyir ki, hətta səhmlərin qiymətləri sıfıra düşsə belə investor bundan nəsə qazanır. Başqa sözlə hedc fondların fəaliyyəti elə qurulub ki, bazarın böyüyüb-böyüməməsindən asılı olmayaraq, investisiya edilmiş kapitalın gəlirliyini təmin etsin. Ona görə də, adətən hedc fondlar investisiya portfelini sabitləşdirir, risk və gəlir balansını yaxşılaşdırırlar.

Buna baxmayaraq hedc fond menecerini seçərkən ehtiyatlı olun, belə ki, ümumi qəbul olunmuş rəyə əsasən, bu çətin maliyyə aləti o halda  fayda qazandırır ki, ondan düzgün istifadə edilmiş olsun. “Düzgün strategiya qurduqda hedc fondlar yaxşı mənfəət qazandırır, amma əgər onlardan düzgün qaydada istifadə olunmazsa, onda onlar çox vaxt arzu olunan nəticəni verməzlər.” – Krişna fikirlərini belə bitirir. İstənilən halda, hedc fondlar balanslaşdırılmış portfelin bir hissəsi olmalıdır.