Ən nəhəng şirkətlərin reytinq siyahısı açıqlandı | Banco.az

Ən nəhəng şirkətlərin reytinq siyahısı açıqlandı

500 ən nəhəng ABŞ şirkətinin reytinq siyahısı tərtib edilib. Siyahıya liderliyi Walmart kompaniyası edir. Amazon şirkəti siyahının ikincisi, Apple isə beşincisi olub.

Bu haqda Fortune biznes nəşri məlumat yayıb.

Ötən ilki reytinq siyahısı ilə bu dəfə tərtib edilən siyahı arasında nəzərə çarpacaq dərəcədə fərqlilik hiss olunur. Məsələn, Amazon şirkəti Exxon Mobil şirkətini üçüncü yerə sıxışdıraraq siyahının ikincisi olub. Apple isə dördüncü pillədən beşinci pilləyə düşüb. 

İlk onluqda yer alan şirkətlərin siyahısında CVS Health, Berkshire Hathaway, UnitedHealth Group, McKesson, AT&T və AmerisourceBergen kompaniyalarının adları var.

Microsoft şirkəti 26-cı pillədən 21-ci yerə yüksəlib. Intel şirkəti isə 43-cü yerdən 45-ci yerə sıxışdırılıb.

Kapitallaşmaya görə isə siyahının lideri 1,2 trilyon kapitalla Microsoft şirkəti seçilib. Bu siyahının ikincisi 1,11 trilyon dollarla Apple, üçüncüsü isə 970,7 milyard dollarla Amazon şirkəti olub.

Ən sərfəli kredit üçün müraciət et

Ted

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et