Müəllif - Aida İsaq, Banco.az
Dünyanın ən böyük təkər istehsalçısı olan Yaponiyanın "Bridgestone" şirkəti Rusiyadakı aktivlərini satmaq qərarına gəlib.
Banco.az xəbər verir ki, şirkət bu barədə açıqlama verib.
""Bridgestone" şirkətlər qrupu Rusiyada yaranan problemləri, işçilərin, müştərilərin və təchizatçıların maraqlarını nəzərə alaraq biznes dövriyyəsinin mümkünlüyünü qiymətləndirməyə başladı. Alıcının tapılması və sövdələşmənin əldə olunma prosesi bir neçə ay çəkəcək".
Qeyd edək ki, "Bridgestone" 1998-ci ildən etibarən Rusiya bazarına daxil olub. Şirkət Rusiyada 2017-ci ildən istehsala başlayıb. Hər il ölkədə iki milyona qədər təkər istehsal olunurdu. Ulyanovskdakı zavodda və Moskvadakı baş ofisdə mindən çox iş yeri var. Şirkətin qlobal gəlirlərinin strukturunda Rusiya biznesinin payı 2%-dən azdır.
Şirkət martın 14-də Rusiyada istehsalı dayandırmaq və ölkəyə məhsul ixrac etmək niyyətində olduğunu açıqlayıb. İşlərin dayandırılması tədarük zəncirində və logistikada yaranan fasilələr, milli və xarici valyutaların məzənnəsinin dəyişkənliyi ilə izah edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!