Əmanət haqqında bir az | Banco.az

Əmanət haqqında bir az

Hər kəs gələcəyini bu və ya digər şəkildə sığortalamaq istəyər. İnsanlar kənara pul qoymaqla gələcəkdə qarşılaşa biləcəkləri problemlərin həllini həyata keçirə və ya arzuladıqları bir işi reallaşdıra bilərlər. Bunun üçün sadəcə kənara qoya biləcəyiniz pulun olması lazımdır.

Siz qazancınızdan ayırdığınız müəyyən bir məbləği evdə və ya bankda saxlaya bilərsiniz.

İkinci halda siz, bankda ƏMANƏT yerləşdirmiş olacaqsınız.

Əmanət - yığım məqsədilə bankdakı əmanət hesabınıza qoyduğunuz pul vəsaitidir.

Əmanət, kommersiya banklarının ən əhəmiyyətli mənbəyidir. Əmanət yerləşdirdiyiniz zaman bank sizin sizin pulunuzdan istifadə etdiyinə görə sizə faiz şəklində kompensasiya ödəyir.

Bu faizlər əmanətinizin məbləğini artırır.

Faiz dərəcəsi – bankın sizə müntəzəm olaraq ödəməyi öz öhdəsinə götürdüyü məbləğin sizin əmanətinizin məbləğinə olan nisbətidir.

Faiz dərəcəsi həmişə faiz (%) ilə və illik əsasda ifadə edilir.

Faiz iki üsulla hesablana bilər: sadə faiz və mürəkkəb faiz. Sadə faiz hesablandıqda əmanətin başlanğıc məbləği baza kimi götürülür. Mürəkkəb faizin hesablanması zamanı isə əmanətin faizlə birlikdə yaranmış məbləği baza kimi qəbul edilir.

Əmanətlər müddətinə görə iki yerə ayrılır: müddətli və müddətsiz əmanətlər.

a) Müddətsiz əmanət: Heç bir şərtə bağlı olmadan istənilən zaman götürülə bilən əmanətlərdir

b) Müddətli əmanət: Bank ilə əmanət sahibi arasında razılaşdırılmış müddət bitmədən geri götürülə bilməz.

Əgər bank müddətli əmanət üzrə sizə müəyyən bir faiz dərəcəsi vəd edibsə, onda əmanətin müddəti başa çatana qədər bank, bu faiz dərəcəsini dəyişdirə bilməz.

Ən sadə əmanət növü – müddətsiz əmanətdir. Adətən əmək haqqı və ya təqaüdlər məhz belə bir hesaba köçürülür. Lakin, bu əmanətlər üzrə faiz dərəcəsi aşağıdır. Əgər yüksək faiz dərəcələrindən yararlanmaq istəyirsinizsə, onda müddətli əmanət növünü seçməlisiniz.

Əmanət sizin banka etibar edərək yerləşdirdiyiniz vəsaitdir. Bu səbəblə də əmanətlərinizin sığortalanması olduqca önəmlidir. İnsanlar üçün əmanət hesabı açmaq hüququna malik olan Azərbaycan bankları Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) üzvləridir. Bank müflis olduqda Fond, bu bankdakı 12 %- dən çox olmayan faizlə yerləşdirilən əmanətlərinizin 30.000 manata qədər olan hissəsini sizə geri qaytaracaqdır.

Nəzərə alın ki, qanunvericiliklə gələcəkdə bu rəqəmlər dəyişə bilər. Odur ki, əmanəti banka qoyduğunuz və ya əmanət müqaviləsinin vaxtını uzatdığınız tarixdə bu rəqəmləri bankdan bir daha öyrənin.

Əmanətlərin Sığortası Fonduna üzv olan bankların siyahısını təqdim edirik:

Reyestr nömrəsi

Bankın adı

1

ASC "XALQ" Bankı

2

"AtaBank" ASC

3

"Azərbaycan Beynəlxalq Bankı" ASC

4

"Access" Bank ASC

5

"DəmirBank" ASC

6

Melli İran Bankı Bakı filialı

7

"Azər-Türk Bank" ASC

8

"Bank of Baku" ASC

9

"Bank Respublika" ASC

10

"Kapital Bank" ASC

11

QSC "BANK STANDARD" KB

12

"AGBank" A.S.C.

13

"Muğanbank" A.S.C.

14

"NİKOYL" IKB ASC

15

Pakistan Milli Bankının Bakı filialı

16

"Rabitəbank" ASC

17

"TURANBANK" ASC

18

"UNİBANK" Kommersiya Bankı ASC

19

Yapı Kredi Bank Azərbaycan QSC

20

"Zaminbank" ASC

21

"Parabank" ASC

22

"Amrahbank" Açıq Səhmdar Bankı

23

"Expressbankbank" ASC

24

"Dekabank" Kommersiya Bankı ASC

25

"Azərbaycan Sənaye Bankı" ASC

26

"NBCBank" ASC

27

"Günay Bank" ASC

28

"Bank Avrasiya" ASC

29

"Bank Avrasiya" ASC

30

"Bank Avrasiya" ASC

31

"Paşa Bank" ASC

32

"Naxçıvanbank" ASC

33

"AFB BANK" ASC

34

"Bank VTB" (Azərbaycan) ASC

35

"KredoBank" ASC

36

"Bank Silk Vey" ASC

37

"BTB" Açıq Səhimdar Cəmiyyəti

38

“Caspian Development Bank (CDB)” ASC

39

Ziraat Bank Azərbaycan

Ən sərfəli kredit üçün müraciət et