“Əhalinin xeyli hissəsi üçün hələlik yüksək sürətli internetə ehtiyacı yoxdur” – Osman Gündüz | Banco.az

“Əhalinin xeyli hissəsi üçün hələlik yüksək sürətli internetə ehtiyacı yoxdur” – Osman Gündüz

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Dövlət operatorları son iki ildə minimal tarifi iki dəfədən çox qaldırıb. Reallıq odur ki, əlçatanlıq biznes və inkişaf, rəqəmsal transformasiyanın güclənməsi baxımından ölkədə yüksək sürətli internet infrastrukturunun olması mühüm əhəmiyyət kəsb edir”. 

Banco.az-ın məlumatına görə, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Son 3 ildə ölkədə bu istiqamətdə ciddi, nəhəng işlər görüldüyünü xatırladan Osman Gündüz düşünür ki, əhalinin xeyli hissəsi üçün hələlik yüksək sürətlərə ehtiyacı yoxdur:
“Regionlarda, kəndlərdə yaşayan bəlli bir təbəqə əhali üçün 10 Mbit/s internet sürəti indiki anda yetərlidir. Yəni elementar kommunikasiya üçün, xidmətləri əldə etmək üçün, təhsil və s xidmətlər üçün bu sürət artıqlamasıyla bəs edir.İki il öncə regionlarda, xüsusilə də kəndlərdə yaşayan əhali 10-12 manat verib bu internet sürətini əldə edirdi.  Ötən ildən isə Aztelekom bu minimal sürəti  50 % qaldırıb 18 manat (40 Mbit/s) etdi. İndi isə Aztelekom yenidən bu minimal tarifi 40% qaldıraraq 25 manat etməyi düşünür.
Regionlarda, bəlli bir təbəqədə əhalinin internetə tələbatında  ciddi bir dəyişiklik yoxdur, amma onun öz tələbatını ödəməsi üçün zəruri olan internetin qiyməıti son iki ildə toplam 100% qalxıb.
Eyni funksiyanı icra etmək, eyni bir tələbatı ödəmək üçün kənddə yaşayan bir şəxs 2 il öncə 12 manat ödəyirdi, indi 25 manat ödəməlidir. AİF olaraq biz hökumətə, RİNN-ə təklif etmişdik ki müəyyən müddət üçün regionlarda, xüsusən kəndlərdə internet tariflər əvvəlki qaydada saxlanılsın”.
Osman Gündüz qeyd edib ki, əgər taarif qiymətləri dəyişilərsə,  regionlarda, kəndlərdə internet xidmətlərindən imtina edənlərin sayı artacaq, rəqəmsal transformasiyası ləngiyəcək.
“Qonşular, yaxınlar yığışıb şərikli internet xidməti formalaşdıracaqlar, bu da Azərbaycanın indiki inkişaf səviyyəsi üçün xoşagəlməz bir vəziyyət yarada bilər”,-deyə Osman Gündüz vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et