Dünya bazarında neft ucuzlaşmaqda davam edir | Banco.az

Dünya bazarında neft ucuzlaşmaqda davam edir

Qlobal bazarda təklif bolluğu ilə bağlı artan narahatlıqlar və ABŞ-Çin ticarət münaqişəsi nəticəsində tələbin azalması gözləntiləri fonunda çərşənbə axşamı neft qiymətləri enməkdə davam edib.

Londonun ICE Futures Exchange birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,08 dollar (0,13%) aşağı düşərək 60,93 dollar/barel təşkil edib.

Bazar ertəsi bu kontraktlar 0,28 dollar (0,46%) azalaraq 61,01 dollar/barel olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı xam neftin dekabr fyuçersləri 0,08 dollar (0,14%) ucuzlaşaraq 56,94 dollar/barelə bərabər olub.

Əvvəlki sessiyada bu müqavilələr 0,13 dollar (0,23%) ucuzlaşaraq 57,02 dollar/barel olub.