Müəllif:Mehin Qasımova,Banco.az
İki tərəf arasında kəskin ticarət fikir ayrılıqları davam edərsə, Birləşmiş Ştatlar mülki təyyarə hissələrinin Çinə satışını yenidən dayandıra bilər.
Banco.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.
"Biz ehtiyat hissələrin tədarükünü dayandıra bilərdik. Onlar ilkin təhlükəni bildirəndə biz faktiki olaraq ehtiyat hissələrin tədarükünü dayandırdıq. Çin daha sonra 400-dən çox təyyarəni yerə endirməyə məcbur olub. Ancaq biz bunu etmək istəmirik",- Ağ Ev rəhbəri deyib.
Onun sözlərinə görə, Çin nadir torpaq elementlərinin tədarükünə məhdudiyyətlər qoymaqla ABŞ-ı hədələyir. Və Vaşinqton Pekini ilk növbədə Çin mallarına yüksək idxal tariflərini saxlamaqla hədələyir. Lakin mən onları təyyarələr kimi bir çox başqa şeylərlə də hədələyə bilərəm", - prezident qeyd edib.
Avqustda Birləşmiş Ştatlar Vaşinqton və Pekin arasında ticarət mübahisələri səbəbindən Çinə mülki aviasiya hissələrinin tədarükünü dayandırmışdı. Həmin vaxt Tramp təyyarə hissələrini Amerikanın əlində “güclü aktiv” adlandırmışdı.