Bitkoin yenidən 111 min dolları ötdü | Banco.az

Bitkoin yenidən 111 min dolları ötdü

Müəllif:Mehin Qasımova,Banco.az

Bitkoin bazar ertəsi yenidən bahalaşaraq 111 min  dollar səviyyəsini keçib.

Banco.az xəbər verir ki, artış kriptovalyuta səhmlərinə təkan verdi və bu ayki bazar sarsıntısının müvəqqəti olduğuna dair ümidləri artırdı.

Bitcoin-in yüksəlişi ilə MicroStrategy səhmləri 2 faizdən çox dəyər qazandı. Şirkət 13-19 oktyabr tarixləri arasında orta hesabla 112 051 dollar dəyərində 168 bitkoin aldığını açıqladı. Bazar ertəsi ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi müraciətdə MicroStrategy, ümumi alış qiyməti 47,4 milyard dollar olan cəmi 640,418 bitkoinə sahib olduğunu bildirdi.

Robinhood və Coinbase kimi ticarət platformalarının səhmləri də müvafiq olaraq təxminən 4,5% və 2,5% artıb. 

Bitkoin mədənçisi MARA Holdings HPC məlumat mərkəzlərinə və süni intellektə genişləndikdən sonra 6 faiz bahalaşıb. Sektorun digər oyunçusu Bit Digital (BTBT) 15 faiz, Cipher Mining (CIFR) isə 6 faiz bahalaşıb.