"DÜŞÜN, BORC AL" kampaniyası AMFA və VF AzərKredit tərəfindən dəstəklənir | Banco.az

"DÜŞÜN, BORC AL" kampaniyası AMFA və VF AzərKredit tərəfindən dəstəklənir

Bir ay ərzində cari və potensial müştərilərin maliyyə savadlılığının artırılmasını nəzərdə tutmaqla artıq üçüncü ildir ki, keçirilən “DÜŞÜN, BORC AL!” Kampaniyası bu il də oktyabr ayı boyunca davam edəcək. Kampaniya beynəlxalq müştəri mühafizəsi standartlarını və maliyyə savadlılığını təşviq edən beynəlxalq təşkilat – Mikromaliyyə Mərkəzi (MFC) tərəfindən  təşkil edilir. Kampaniya bu il 15 ölkədə, o cümlədən, Albaniya, Azərbaycan, Bolqarıstan, Bosniya və Herseqovina, Çernoqoriya, Gürcüstan, İspaniya, Kosovo, Qazaxıstan, Makedoniya, Moldova, Rumıniya, Serbiya, Tacikistan, Ukrayna vəYunanıstanda həyata keçirilir. Oktyabr ayı ərzində Kampaniyanı Azərbaycanda Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və BOKT “VijnFond AzərKredit” MMC (VF AzərKredit) dəstəkləyəcəklər.

“DÜŞÜN, BORC AL!” Kampaniyası məsuliyyətli şəkildə və təhlükə yaratmayan məbləğdə kredit götürə bilmələri üçün müştərilərin borca girməzdən öncə özlərinə verməli olduqları sualların məcmusunu təqdim edir. Kampaniya ərzində AMFA və VF AzərKredit geniş spektrli informasiya tədbirləri, o cümlədən, video mesajlar, posterlər, broşürlər və sairdən istifadə etməklə, cari və potensial müştəriləri maarifləndirməyə çalışacaqlar. Kampaniyanın bəzi materialları ilə https://www.facebook.com/AMFA.Azerbaijan/www.azercredit.az/az/borrow_wisely/ istinadları vasitəsilə tanış ola bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Geniş ictimaiyyətin istifadəsi üçün həm də MFC-in onlayn şəkildə təqdim etdiyi Maliyyə Sağlamlığının Yoxlanması üçün Testin demo versiyası təqdim edilir. Bu alət istifadəçilərə maliyyə vəziyyətlərini nə qədər yaxşı idarə etdiklərini yoxlamaq üçün imkan yaradır və hansı sahədə vəziyyətlərini daha yaxşıya doğru dəyişə biləcəklərini göstərir. Məsələn, bu alət aylıq gəlirin ən azı 10%-i civarında yığım etməyi, aylıq kredit ödənişlərinə aylıq ümumi gəlirin 20%-dən az məbləğin sərf edilməsinə nəzarət etməyi, növbəti ay üçün büdcənin tərtib edilməsi məqsədilə ayda bir dəfə bütün ailə ilə əyləşib məsləhətləşməyi və sair tövsiyə edir. Testi https://goo.gl/jd13n5 istinadından istifadə etməklə sınaqdan çıxarda bilərsiniz.

#2017BWC  #BorrowWisely#financialeducation həştəqlərindən yararlanaraq, kampaniyanı sosial şəbəkələrdə daha yaxından izləyin.