Dünya Bankı Türkiyənin artım proqnozunu yüksəldib | Banco.az

Dünya Bankı Türkiyənin artım proqnozunu yüksəldib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankı Türkiyənin bu il üçün iqtisadi artım proqnozunu 3,2 faizdən 4,2 faizə yüksəldib.

Banco.az xəbər verir ki, Dünya Bankı Avropa və Mərkəzi Asiya regionu üçün hazırladığı İqtisadi Yenilik Hesabatını “Yavaş artım, artan risklər” adı altında dərc edib.

Türkiyə iqtisadiyyatına dair qiymətləndirmələrin də yer aldığı hesabatda istehlakçı tələbinin dayanıqlı olması və siyasətdəki qeyri-müəyyənliyin azalması səbəbindən ölkənin iqtisadi artım proqnozunun 3,2 faizdən 4,2 faizə qədər artırıldığı bildirilib.

Hesabatda həmçinin qeyd olunub ki, Türkiyə iqtisadiyyatının gələn il 3,1 faiz, 2025-ci ildə isə 3,9 faiz artacağı gözlənilir.

Xatırladaq ki, Dünya Bankı iyun ayında dərc etdiyi hesabatda Türkiyə iqtisadiyyatının 2024-cü ildə 4,3 faiz, 2025-ci ildə isə 4,1 faiz artacağını proqnozlaşdırmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram