Müəllif:Mehin Qasımova,Banco.az
Norveç hökuməti 2027-ci ildə Ukraynaya 85 milyard Norveç kronu (9,2 milyard dollar) həcmində dəstək göstərməyi planlaşdırır.
Banco.az xəbər verir ki, bu, 2026-cı ildə ayrılan yardım məbləği ilə eyni səviyyədədir.
Vəsaitin 70 milyard kronunun hərbi, 15 milyard kronunun isə mülki məqsədlərə yönəldilməsi nəzərdə tutulur.
Norveçin Baş naziri Jonas Gahr Store bildirib ki, Ukraynaya dəstək Avropanın təhlükəsizliyinə də investisiyadır.
Norveç hökumətinin təklifi təsdiq üçün ölkə parlamentinə təqdim olunacaq.
