Müəllif: Tamara Mustafayeva, Banco.az
Tramp rüsumsuz qiyməlik ət idxalına icazə verəcək.
Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sosial media platforması Truth Social hesabında paylaşım edərək, amerikalı ailələr üçün qiyməlik ətin qiymətini əhəmiyyətli dərəcədə aşağı salacaq bir razılaşma imzaladığını açıqlayıb.
Tramp əvvəlki administrasiya dövründə ətin bahalaşdığını iddia edərək bildirib ki, qarşıdakı 90 gün ərzində ABŞ qiyməlik ət istehsalında istifadə olunmaq üçün 300 min tona qədər məhsulun kvotadan kənar gömrük rüsumu tətbiq edilmədən idxalına icazə verəcək.
Tramp həmçinin idxal ediləcək mal ətinin mövcud bazar qiymətlərindən 25 faiz aşağı qiymətə satılacağına dair öhdəlik götürüldüyünü qeyd edib.
Onun sözlərinə görə, bu razılaşma amerikalılar üçün ət qiymətlərinin aşağı düşməsinə, eyni zamanda ABŞ-da iribuynuzlu mal-qaranın sayının yenidən artırılmasına imkan verəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!
