Tramp: “Borc problemini böyük artım çox asanlıqla həll edəcək” | Banco.az

Tramp: “Borc problemini böyük artım çox asanlıqla həll edəcək”

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Prezidenti Donald Tramp ölkə iqtisadiyyatında baş verən artımın 40 trilyon dolları aşan dövlət borcunun aradan qaldırılmasına imkan verəcəyini bildirib.

Banco.az xəbər verir ki,  ABŞ-ın ümumi dövlət borcunun ilk dəfə 40 trilyon dolları keçməsi ilə bağlı suala cavab verən Tramp problemin uzun illərdir mövcud olduğunu söyləyib. Onun sözlərinə görə, hazırda ABŞ iqtisadiyyatında əvvəlkindən fərqli olaraq böyük artım müşahidə olunur və məhz iqtisadi artım borc yükünün azaldılmasına kömək edəcək.

“Borcun öhdəsindən gəlməyin yolu artımdır. Artım bu problemi çox asanlıqla aradan qaldıracaq”, – Tramp bildirib.

Qeyd edək ki, ABŞ-ın ümumi dövlət borcu avqustun 18-də 40,047 trilyon dollara çatıb. Borcun artması fonunda Xəzinədarlıq 10-30 illik istiqrazların geri alınması əməliyyatlarının həcmini ən azı 4 milyard dollara yüksəldib.