Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada istehlakçı inamı gözləntiləri üstələyib.
Banco.az xəbər verir ki, Avropa İttifaqı Komissiyası avqust ayı üzrə istehlakçı inamı göstəricilərini açıqlayıb.
Məlumata görə, istehlakçı inamı -15,9 səviyyəsindən -15,5-ə yüksəlib. "Bloomberg" tərəfindən iqtisadçılar arasında keçirilən sorğunun median proqnozuna əsasən isə göstəricinin -16-ya geriləyəcəyi gözlənilirdi.
Avropa İttifaqı üzrə istehlakçı inamı da 0,1 bənd artaraq -15 səviyyəsinə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!
