ABŞ İrana qarşı “maliyyə hücumu”na başlayır | Banco.az

ABŞ İrana qarşı “maliyyə hücumu”na başlayır

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ İranın ticarət tərəfdaşlarını hədəf alan yeni və genişmiqyaslı sanksiyalar tətbiq etməyə hazırlaşır.

Banco.az xəbər verir ki, ABŞ Maliyyə naziri Skott Bessent bu addımı İrana qarşı indiyədək həyata keçirilmiş “ən böyük maliyyə hücumu” adlandırıb.

Yeni sanksiyaların İranın neft satışı, maliyyə və ticarət əlaqələrinə ciddi zərbə vurması gözlənilir. Vaşinqton bununla Tehran üzərində iqtisadi təzyiqi maksimum həddə çatdırmağı hədəfləyir.

Tehran isə ABŞ-ın yeni sanksiyalarına sərt cavab verəcəyini açıqlayıb. İran iqtisadi müharibənin davam edəcəyi təqdirdə Körfəzdən neft ixracını tam dayandıra biləcəyi ilə hədələyib. Bu isə qlobal enerji bazarında yeni təchizat riskləri və neft qiymətlərində artım ehtimalını gündəmə gətirib.

ABŞ və İran arasında həftələrdir birbaşa hərbi zərbələr olmasa da, təxminən altı aydır davam edən münaqişənin sona çatdırılması üçün ciddi danışıqlar baş tutmayıb.