Dünya Bankı AMB-nin manatın likvidliyini azaltmaq üçün atdığı addımı açıqlayıb | Banco.az

Dünya Bankı AMB-nin manatın likvidliyini azaltmaq üçün atdığı addımı açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın likvidliyini azaltmaq üçün not emissiyasını 23% artırıb.

Bu barədə Dünya Bankının (DB) Azərbaycanla bağlı “Monthly Economic Update” hesabatının iyul sayında bildirilib.

Məlumata görə, AMB xarici sektorun əlverişli statistikasını nəzərə alaraq uçot dərəcəsi ilə bağlı siyasətini dəyişməyib. Belə ki, Bank artan inflyasiyanın fonunda faiz dərəcəsini 7,75 % səviyyəsində saxlayıb.

"Bu ilin birinci rübündə cari əməliyyatlar balansında ÜDM-in profisitinin 22,5% olması AMB-nin uçot dərəcəsini sabit saxlamasına təsir göstərib", -deyə Dünya Bankında əlavə edilib.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et