Dünya Bankı 2017-2018-ci illərdə dünya iqtisadiyyatının artım proqnozunu pisləşdirib | Banco.az

Dünya Bankı 2017-2018-ci illərdə dünya iqtisadiyyatının artım proqnozunu pisləşdirib

Dünya Bankı (DB) 2017-2018-ci illərdə dünya iqtisadiyyatının artım proqnozunu pisləşdirib.

Bu barədə təşkilatın "Qlobal iqtisadi perspektivlər" adlı analitik icmalında qeyd olunur.

Gözləmələrə görə, 2017-ci ilin yekunu üzrə dünya iqtisadiyyatı 2,7% (2016-cı ilin iyununda proqnoz +2,8% təşkil edirdi), 2018-ci ildə isə 2,9% (2016-cı ilin iyununda +3% gözlənilirdi) artacaq. DB 2019-cü ildə dünya iqtisadiyyatının 2,9% artacağını gözləyir.

Ən sərfəli kredit üçün müraciət et

DB iqtisadçılarının hesablamalarına görə, dünya iqtisadiyyatının artım tempi dünya maliyyə böhranı dövründən minimuma qədər – 2,3 faiz zəifləyib.

"ABŞ dollarının məzənnəsinin sürətli artımı və Amerika istiqrazlarının gəlirlikiyinin artması inkişaf etməkdə olan iqtisadiyyatlar üçün kreditləşmə şərtlərinin pisləşməsinə gətirib çıxardı və bəzi hallarda əhəmiyyətli kapital axınına səbəb oldu. 2017-ci ildə dünya ÜDM-nin artımı 2,7% qədər sürətlənməlidir", - deyə Dünya Bankının iqtisadçıları hesab edirlər.

Mənbə: Report.az