ABŞ büdcəsi may ayında 292,6 milyard dollar kəsir qeydə alıb | Banco.az

ABŞ büdcəsi may ayında 292,6 milyard dollar kəsir qeydə alıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ büdcəsi may ayında 292,6 milyard dollar kəsir qeydə alıb.

Banco.az xəbər verir ki, ABŞ federal hökuməti may ayında 292,6 milyard ABŞ dolları həcmində büdcə kəsiri qeydə alaraq bazar gözləntilərini üstələyən nəticə göstərib.

ABŞ Maliyyə Nazirliyi tərəfindən dərc olunan büdcə balansı hesabatına əsasən, 1 oktyabr 2025-ci ildə başlayan və 30 sentyabr 2026-cı ildə başa çatacaq maliyyə ilinin səkkizinci ayında federal büdcə 292,6 milyard dollar kəsirlə yekunlaşıb.

Federal hökumət ötən ilin eyni ayında 316 milyard dollar büdcə kəsiri açıqlamışdı. Beləliklə, may ayında qeydə alınan büdcə kəsiri illik müqayisədə təxminən 7 faiz azalıb. “Bloomberg”in sorğusunda iştirak edən analitiklərin median proqnozu isə büdcə kəsirinin 283,1 milyard dollar olacağı yönündə idi.

May ayında federal hökumətin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalaraq 336 milyard dollara enib. Xərclər isə 9 faiz azalaraq 628 milyard dollar təşkil edib.

2026-cı maliyyə ilinin ilk səkkiz ayı üzrə ümumi büdcə kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz azalaraq 1 trilyon 246 milyard dollara düşüb. Müvafiq göstərici əvvəlki ilin eyni dövründə 1 trilyon 364 milyard dollar səviyyəsində olmuşdu.

Maliyyə ilinin ilk səkkiz ayında gəlirlər illik müqayisədə 5 faiz artaraq 3 trilyon 656 milyard dollara yüksəlib. Xərclər isə 1 faiz artımla 4 trilyon 902 milyard dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram