Müəllif: Tamara Mustafayeva, Banco.az
Kanada Mərkəzi Bankı faiz dərəcələrini ardıcıl beşinci dəfə dəyişməz saxlayıb.
Banco.az xəbər verir ki, Kanada Mərkəzi Bankı (BoC) əsas uçot dərəcəsini ardıcıl beşinci iclasında da dəyişməyərək 2,25 faiz səviyyəsində saxlayıb.
Bankın açıqlamasında bildirilib ki, pul siyasəti üzrə faiz dərəcəsində hər hansı dəyişiklik edilməyib.
Açıqlamaya əsasən, bir gecəlik faiz dərəcəsi 2,25 faiz, bank faiz dərəcəsi 2,5 faiz, depozit faiz dərəcəsi isə 2,20 faiz səviyyəsində qorunub saxlanılıb.
Bəyanatda qeyd olunub ki, Yaxın Şərqdəki münaqişələr səbəbindən yüksələn enerji qiymətləri və qlobal təchizat zəncirlərində yaranan pozuntular dünya iqtisadiyyatında artımı zəiflədir və inflyasiya təzyiqlərini artırır. Həmçinin vurğulanıb ki, ABŞ administrasiyası yeni gömrük tarifləri təklif etməyə davam edir və ticarət siyasətinə dair qeyri-müəyyənlik yüksək səviyyədə qalır.
Bizi sosial şəbəkələrdən izləyin!!
