ABŞ-də inflyasiya son üç ilin ən yüksək həddini keçib | Banco.az

ABŞ-də inflyasiya son üç ilin ən yüksək həddini keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-də inflyasiya son üç ilin ən yüksək həddini keçib.

Banco.az xəbər verir ki, ABŞ-də istehlak qiymətləri üzrə inflyasiya Yaxın Şərqdəki münaqişənin benzin və digər enerji məhsullarının qiymətlərini artırmasının təsiri ilə may ayında son üç ilin ən sürətli artımını nümayiş etdirib.

ABŞ Əmək Nazirliyinin açıqladığı məlumatlara görə, inflyasiya may ayında aylıq ifadədə 0,5 faiz, illik ifadədə isə 4,2 faiz təşkil edib və proqnozlarla üst-üstə düşüb. Beləliklə, illik inflyasiya 2023-cü ilin aprel ayından bəri ən yüksək səviyyəyə yüksəlib.

Xatırladaq ki, aprel ayında inflyasiya aylıq 0,6 faiz, illik isə 3,8 faiz olmuşdu.

Ərzaq və enerji məhsulları nəzərə alınmadan hesablanan baza inflyasiya aylıq ifadədə 0,4 faizdən 0,2 faizə enib və 0,3 faizlik proqnozdan aşağı olub. İllik ifadədə isə göstərici gözləntilərə uyğun olaraq 2,8 faizdən 2,9 faizə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram