Aİ süni intellektlə əlaqəli məzmun üçün etiketləmə dövrünə başlayır | Banco.az

Aİ süni intellektlə əlaqəli məzmun üçün etiketləmə dövrünə başlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ süni intellektlə əlaqəli məzmun üçün etiketləmə dövrünə başlayır.

Banco.az xəbər verir ki, Avropa Komissiyası tərəfindən verilən açıqlamada süni intellekt tərəfindən yaradılan və ya dəyişdirilən məzmunların necə işarələnəcəyinə dair könüllü tətbiq qaydalarının qəbul edildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, yeni qaydalar 2 avqust 2026-cı il tarixində qüvvəyə minəcək Süni İntellekt Aktının şəffaflıq öhdəliklərinin icrasına kömək edəcək.

Bildirilib ki, həmin tarixdən etibarən “deepfake” məzmunlarla yanaşı, ictimai maraq doğuran mövzular üzrə yayımlanan süni intellekt tərəfindən yaradılmış və ya manipulyasiya edilmiş mətnlər açıq şəkildə etiketlənməlidir. Həmçinin vətəndaşlara çat-botlar kimi süni intellekt sistemləri ilə ünsiyyət qurduqları zaman qarşı tərəfdə insan deyil, süni intellektin olduğu barədə məlumat veriləcək.

Açıqlamada vurğulanıb ki, yeni qaydalar insanların internetdə gördükləri və ya oxuduqları məzmunun süni intellekt tərəfindən yaradılıb-yaradılmadığını daha asan müəyyən etmələrinə kömək edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram