Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi 6.80 səviyyəsindən geriləyib.

Dünən 6.81 səviyyəsi ətrafında dalğalanan dollar/TL məzənnəsi yeni günə də bu səviyyələrdə başlayıb, dolların qlobal miqyasda dəyər itkisi yaşaması səbəbilə türk lirəsi bahalaşıb.

Dünən günü 6.8117 səviyyəsində başa vuran məzənnə yeni iş gününə də eyni səviyyədə başlayıb. Dollar indeksinin geriləməsi ilə məzənnə günün növbəti saatlarında geriləyərək 6.76 səviyyəsinə enib.

Bu gün bir çox inkişaf etməkdə olan ölkə valyutası dollar qarşısında dəyər qazanır.

Xatırladaq ki, kurs may ayının əvvəlində 7.26 ilə tarixi rekorda imza atmış, swap razılaşmalarına dair xəbərlərin fonunda isə geriləmişdi. Uzun müddət 6.80 səviyyəsi ətrafında dalğalanan kurs ötən həftə risk iştahının artmasıyla 6.69 səviyyəsinə qədər düşmüş, ancaq bu səviyyədə stabilliyini saxlaya bilməmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et