Dekabr ayında Bakıda Sığorta Agentlərinin III Milli Forumu keçiriləcək | Banco.az

Dekabr ayında Bakıda Sığorta Agentlərinin III Milli Forumu keçiriləcək

Dekabr ayında Bakıda Sığorta Agentlərinin III Milli Forumu təşkil olunacaq. Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) verilən məlumata görə, builki forum format baxımından Azərbaycan Beynəlxalq Sığorta Forumuna (AIIF – 2014) bənzəyəcək.

"Nahara qədər plenar iclasların, nahardan sonra isə seminarların təşkil olunması planlaşdırılır", assosiasiyadan verilən məlumatda bildirilir.

Forumda 300 sığorta agentinin, eləcə də xarici ekspertlərin iştirakı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

ASA-dan verilən məlumatda həmçinin bildirilir ki, assosiasiya dünyanın müxtəlif ölkələrindən gəlmiş sığortaçıların 19-24 oktyabr tarixlərində Baden-Badendə təşkil olunacaq görüşündə iştirak etməyi planlaşdırır. Bu il təşkil olunacaq tədbirdə Azərbaycanı sığorta bazarının 23 nümayəndəsi təmsil edəcək. Keçən il olduğu kimi, bu il də görüşün ilk günündə Azərbaycan gecəsinin təşkili planlaşdırılır. Görüşdə dünyanın müxtəlif ölkələrindən gəlmiş 200 sığortaçının iştirakı gözlənilir.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et