Daniel Swarovskinin uğur yolu | Banco.az

Daniel Swarovskinin uğur yolu

Özünün romantik arzu və niyyətlərini həyata keçirmək üçün Daniel Svarovskinin ən yaxın adamları bilirdi ki, o, necə çətinliklərlə üzləşmiş, hansı risklərə getmişdir.

Yeniyetmə yaşlarından onun bir romantik arzusu vardı: maddiyyat baxımından, varlı və kasıblar arasındakı böyük bir “uçurumu”  aradan qaldırmaq məqsədilə hamının ala biləcəyi brilyant yaratmaq.

Digər həmkəndliləri kimi Danielin atası da Şimali Bohemiyanın kiçik bir  Georgiental kəndində zərgərlik firması üçün şüşəsdən bəzək əşyaları cilalamaqla məşğul idi və qəpik-quruş qazanırdı. Belə zənn edirdilər ki, 24 oktyabr 1862-ci ildə dünyaya gəlmiş oğlu da atasının yolu ilə gedəcək. Amma bu heç də elə olmadı. Bu yeniyetməni atasının bu  cür yorucu  işi əsəbləşdirir və qıcıqlandırırdı. Yeniyetmə Daniel heç də pis skripka çalmırdı. O, özünün skripkaçı peşəsini artırmaq və məşhur skripkaçı olmaq arzusunda idi. Öz həmkəndlisi olan gözəl bir qıza  aşıq olmuşdu, qız isə bu kasıb skripkaçının üzünə belə baxmırdı. Belə olan halda Daniel bütün gücünü oxuyub təhsil almağa sərf edir.

Daniel  təhsil almaq məqsədilə Parisə yollanır. O,  kamil bir mühəndis ixtisasına yiyələnməkdən ötrü, kimyanı, fizikanı, mexanikanı və s. mükəmməl öyrənir. Qoca atası həmişə Danieli danlayardı ki, nahaqdan o təhsilə o qədər vaxt və pul sərf edir. Bu zaman Daniel gülümsəyərdi; onu hansısa bir gözəgörünməz qüvvə naməlun bir mərama tərəf aparırdı.

Məramının nə olduğunu Daniel 1883-cü ildə keçirilən Ümümdünya Elektrotexnika sərgisində tam anlayır. O, sərgidə nümayiş etdirilən yeni dəzgahların hamısını diqqətlə nəzərdən keçirdikdən sonra ağlına belə bir fikir gəlir ki, elektriklə işləyən şüşə cilalayan gəzgah icad etsin. Belə dəzgahın icadı çox cəlbedici görünsə də, həm də çox riskli bir iş idi. Amma Daniel risk edir və bunun bəhrəsini dadır.

Artıq 1892-ci ildə Daniel Swarovski öz ixtirasına görə patent alırdı. Onun icad etdiyi elektrik şüşəcilalayan dəzgah vasitəsi ilə gün ərzində çoxlu miqdarda qiymətli daşlar və billur əşyalar cilalamaq mümkün idi. Dəzgah əşyaları yüksək keyfiyyətli cilalayırdı.

Öz doğma kəndlilər müflisləşməsin deyə, ondan narazı qalmasınlar deyə, 1895-ci ildə Daniel İnsburq şəhəri yaxınlığındakı Vattens şəhərciyinə gəlir və investorlar Armand Kosmanın və Frans Vaysın köməyi ilə orada bir firma açır. Firma “A..Kosmann, Daniel Swarovski & Co” adlanırdı. 1900-cü ildən isə həmin firma “Svarovski “ adlandırıldı.

Ən sərfəli kredit üçün müraciət et

Daniel ixtiraçı olmaqla bərabər marketoloqluğu da yaxşı bacarırmış. O, əldə etdiyi süni daş-qaşlardan moda mərkəzi olan Parisə və çoxlu varlı sakinləri olan, o vaxtlar, Rusiya imperiyasının paytaxtı Sankt-Peterburqa nümunələr göndərir.

Daniel Swarovskiyə tək Parisdən və Sankt-Peterburqdan deyil, Avropanın hər yerindən çoxlu sifarişlər gəlməyə başlayır. Məşhur moda madmuazeli Koko Şanel və onun daima rəqibi olan Elza Skyaparelli  həmin saat düşündülər ki, “Svarovski daş-qaşları” ilə bəzədilmiş donları öz “Moda Evləri”ndə satışa qoysalar, saysız-hesabsız müştəri və pul qazana bilərlər və onlar bu daş-qaşlardan çoxlu miqdarda sifariş verməyə başlayırlar.

Tez bir müddətdə paltarların və müxtəlif əşyaların Svarovski daş-qaşları ilə bəzədilməsi hər yerdə bir dəb halını aldı. Artıq “Svarovski” fabrikası  külli miqdarda daş-qaş istehsalına başlamışdı. Danielin işində bəxti gətirdiyi kimi, şəxsi həyatında da bəxti gətirmişdi. Belə ki, onun həm arvadı, həm də uşaqları işdə ona yaxından kömək edirdilər. Onun oğlanları Vilhelm, Fridrix və Alfred  çox zəhmətkeş idilər, bütün günlərini fabrikada keçirir və yeni-yeni daş-qaşlar istehsal edirdilər. Onlar üçün  bu işdən maraqlı heç bir şey yox idi.

1911-ci ildə Daniel və oğullarının böyük səyi və sınaqları nəticəsində nəhayət süni billur əldə edə bildilər. Bu süni billur parlaqlığına görə billurdan daha çox brillianta bənzəyirdi, çox parlaq idi.

I Dünya Müharibəsi bir çox zərgərlik fabriklərini müflisləşdirdi. Bu zərbə “Svarovski” fabrikindən də yan keçmədi. Belə olan halda Daniel Svarovski “Tyrolit” fabrikasını yaratdı və böyük miqdarda alətlər, dəzgahlar üçün itiləyici, cilalayıcı və pardaqlayıcı materiallar buraxmağa başladı və beləliklə də öz kapitalını daha da artırdı.

1931-ci ildə “Svarovski” firması Beynəlxalq Bazara daha bir yenilik gətirdi. Firma parçaların bəzədilməsi üçün xırda billur dənəcikləri istehsal edib satışa çıxarmağa başladı. Bu da firmanın hesabına böyük gəlirlər gətirdi.

II Dünya Müharibəsi dövründə yenə də Avropa brilyant hayında olmadı. Bu zaman Svarovski öz daş-qaşlarını o zaman çox varlanmış Amerika bazarına yönəltdi və öz kapitalını 1/10 artırdı.

XXI əsrə “Svarovski imperiyası” müstəqil hüquqlu bir zərgərlik brendi kimi daxil olmuşdur.