"Spotify" abunə haqlarını artırmağa hazırlaşır | Banco.az

"Spotify" abunə haqlarını artırmağa hazırlaşır

Müəllif:Mehin Qasımova,Banco.az

Onlayn musiqi platforması "Spotify" gələn ilin birinci rübündə ABŞ-da abunə haqlarını artırmağa hazırlaşır.

Banco.az xəbər verir ki, Financial Times-a görə, bu dəyişiklik platformanın 2024-cü ilin iyun ayından bəri ABŞ  abunə haqlarında abunə haqlarında ilk artım olacaq.

Qeyde dək ki, qlobal qiymət artımları davam edir. İsveçdə yerləşən musiqi axını şirkəti avqust ayında Cənubi Asiyadan Yaxın Şərqə, Afrikadan Avropaya və Latın Amerikasına kimi bir çox regionda aylıq abunə haqqını 10,99 avrodan 11,99 avroya qaldıracağını açıqlamışdı.