"Nvidia" səhmləri ucuzlaşır - Səbəb | Banco.az

"Nvidia" səhmləri ucuzlaşır - Səbəb

Müəllif:Mehin Qasımova,Banco.az

Nvidia-nın səhmləri Meta Platforms-un süni intellekt çiplərinə milyardlarla dollar xərcləmək üçün "Google" ilə danışıqlar apardığına dair məlumatlardan sonra enişə keçib.

Banco.az xəbər verir ki, məlumata görə, "Meta" 2027-ci ildən etibarən məlumat mərkəzlərində Google-un tenzor emal vahidlərindən (TPU) istifadə etmək üçün danışıqlar aparır.

Həmçinin bildirilib ki, "Meta" gələn ildən Google-un bulud xidmətlərindən TPU çiplərini icarəyə götürə bilər. Bu isə Nvidia-nın çip bazarında "Google" ilə daha sərt rəqabətlə üzləşəcəyi ehtimalını artırır.

Xəbərin yayımlanmasından sonra Alphabet Inc-in (Google-un sahibi) səhmləri gec ticarətdə 2,7% bahalaşdığı halda, Nvidia-nın səhmləri eyni faiz nisbətində ucuzlaşıb. Potensial razılaşma TPU-ların "Nvidia" çiplərinə alternativ kimi mövqeyini gücləndirə bilər.

Hazırda "Nvidia" çipləri "Meta" və "OpenAI" də daxil olmaqla böyük texnoloji şirkətlər üçün süni intellekt platformalarının qurulmasında əsas standart sayılır.