"Yelo Light"ın hansı üstünlükləri var? – Araşdırma | Banco.az

"Yelo Light"ın hansı üstünlükləri var? – Araşdırma

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu dəfə Yelo Bank-ın Yelo Light debet kartı haqqında məlumat hazırladıq. 

Kart haqqında ümumi məlumat

Kartın müddəti 5 ildir və ödənişsizdir. Kartı rəqəmsal formada da əldə edə bilərsiniz. 

Debet kartların qalığına gəlir illik 4% təşkil edir. Qalığa gəlir hesablanması limiti müştəri hesabı üzrə 10 000 AZN-ə qədərdir. 

Nağdlaşdırma

Yelo Bank və Azərpoçt MMC-yə məxsus ATM-lərdə 3000 AZN ekv. limit çərçivəsində - 0%, 3000 AZN ekv. limit aşdıqda - 1% (min. 1 AZN/USD/EUR), Yelo Bank və Azərpoçt MMC-yə məxsus ofislərdə 0%, ölkədaxili bankların ATM-lərində - 1.5% (min. 3.5 AZN/USD/EUR ), ölkəxarici bankların ATM-lərində isə 2%-dir (min. 3.5 AZN/USD/EUR ).

SMS məlumatlandırma xidməti üzrə aylıq abunə haqqı 3.00 AZN, 3D secure xidmətinə qoşulma ödənişsizdir.

Keşbək

Yelo Bank müştərilərə keşbek üzrə 2 növ paket təqdim edir: Standart paket və Parlaq paket.

Standart paketdə Black Friday Special 5%, apteklər 4%, kafe və restoranlar 3%, YDM 3%, market 3%, Parlaq paketində isə Black Friday Special 5%, kafe və restoranlar 5%, apteklər 5%, marketlər 4%, YDM 4%  keşbek qazandırır. Digər kateqoriyalarda (kateqoriyadan asılı olaraq) Standart paketi üzrə 4-15%, Parlaq paketi üzrə 5-20% aralığında keşbek qazana bilərsiniz. 

Keşbek qazanmaq üçün standart paketdə əmanət 5 000₼ - 19 999.99 ₼, kredit/kredit kartı 5 000₼ - 9 999.99 ₼, və ya kart qalığı (orta aylıq) 1 000₼ - 2 999.99 ₼ olmalıdır. Standart paketdən istifadə etmək üçün güzəşt müddəti – 30 gündür (yalnız yeni müştəri üçün). 

Parlaq paketdə isə əmanət 20 000₼ və daha artıq, kredit / kredit kartı 10 000₼ və daha artıq, kart qalığı isə (orta aylıq) 3 000₼ və daha artıq olmalıdır. Şərtlərdən biri yerinə yetirilərsə, keşbek qazana bilərsiniz. 

Keşbek kateqoriyaları hər ayın 1-i sıfırlanır və seçim üçün yenilənmiş kateqoriyalar təqdim edilir. Keşbek üzrə hesablanmış məbləğ 3 iş günü ərzində ödənilir. Yelo Bank-da olan hər hansı bir kartın balansı 15 gündən artıq müddətdə mənfi və ya aktiv kredit üzrə borc 15 gündən artıq gecikmədə olanda keşbek balansından toplanılmış məbləğləri köçürmək və növbəti aydan kateqoriya seçmək mümkün olmur. Keşbekdən yararlanmaq üçün hər ayın 1-dən etibarən yenilənmiş kateqoriyalar arasında seçim etmək mütləqdir. Ay ərzində seçilmiş kateqoriya üzrə müəyyən edilmiş limitə çatdıqdan sonra həmin kateqoriya üzrə əməliyyatlara keşbek hesablanması dayandırılır.

Yelo Bank-ın digər məhsul və xidmətləri barədə məlumat əldə etmək üçün linkə keçid edin: yelo.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram