Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi artıb | Banco.az

Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-oktyabr Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsi 1 milyard 59 milyon 384 min dollar dəyərində olub. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19 milyon 682 min dollar və ya 1,9% çoxdur.

Hesabat dövründə Azərbaycandan ABŞ-ə 52 milyon 702 min dollarlıq (55.5% az) mal ixrac edilib, bu ölkədən idxal isə 1 milyard 6 milyon 682 min dollar (9.3% çox) dəyərində olub. 

Qeyd edək ki, Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin ümumi dövriyyədəki payı 2.59% təşkil edir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram