"Apple"də ixtisarlar başlayır | Banco.az

"Apple"də ixtisarlar başlayır

Müəllif:Mehin Qasımova,Banco.az

"Apple" məhsul portfelinin sadələşdirilməsi və satış strategiyasının yenilənməsi çərçivəsində onlarla  satış qruplarını ixtisar edir.

Banco.az xəbər verir k, bu addım şirkət üçün nadir hallarda rast gəlinən ixtisar dalğası kimi qiymətləndirilir.

Məsələ ilə tanış olan mənbələrin bildirdiyinə görə, son bir neçə həftə ərzində təsirlənən əməkdaşlara rəsmi bildiriş göndərilib. İxtisarlar əsasən satış təşkilatının müxtəlif seqmentlərini əhatə edir.

İşini itirənlər arasında iri korporasiyalarla, təhsil müəssisələri və dövlət qurumları ilə işləyən hesab menecerləri, həmçinin şirkətin əsas potensial müştəriləri üçün korporativ təqdimatlar və görüşlərin keçirildiyi "Apple" brifinq mərkəzlərinin əməkdaşları da var.

"Apple" bazar ertəsi məlumatı təsdiqləyərək bölmənin yenidən strukturlaşdırıldığını bildirib, lakin dəyişikliyin həcmi və səbəbləri barədə əlavə açıqlama verməyib.