169 illik geyim nəhəngində böyük dəyişiklik: Onlarla mağaza bağlanır | Banco.az

169 illik geyim nəhəngində böyük dəyişiklik: Onlarla mağaza bağlanır

Müəllif:Mehin Qasımova,Banco.az

169 illik tarixi ilə tanınan ABŞ-ın ən köklü pərakəndə satış şirkətlərindən biri olan "Orvis" ölkə üzrə 36 mağazasını bağlamağa hazırlaşır.

Banco.az xəbər verir ki, bu addım şirkətin ümumi satış nöqtələrinin təxminən yarısını itirməsi deməkdir.

Bununla belə, Orvis-in fəaliyyəti tamamilə dayanmayacaq. Şirkət müflisləşmədiyini vurğulayaraq bildirib ki, mağazaların bağlanması iqtisadi şərtlər və xüsusilə də artan vergi təzyiqləri fonunda qəbul edilmiş strateji qərardır.

1856-cı ildə Çarlz F. "Orvis" tərəfindən balıqçılıq alətləri mağazası kimi qurulan şirkət hazırda ABŞ-ın ən qədim pərakəndə satış brendlərindən biri hesab olunur.

"Orvis" son illər ölkə üzrə 70-dən çox filialla fəaliyyət göstərsə də, bunlardan 36-sı yaxın vaxtlarda fəaliyyətini dayandıracaq.

Şirkət açıqlamasında mövcud iqtisadi mühitin biznes modelinə ciddi təsir etdiyini və “görünməmiş vergi yükü”nün fəaliyyət strategiyasını yenidən nəzərdən keçirməyə məcbur etdiyini qeyd edib.