Daha bir qeyri-bank təşkilatının lisenziyası ləğv edilib | Banco.az

Daha bir qeyri-bank təşkilatının lisenziyası ləğv edilib

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının qərarı ilə “Naxçıvan Kredit” bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin kreditlərin ayrılması üçün verilmiş lisenziyası müraciəti əsasında ləğv edilib, bu xəbər Palatadan bildirilib.

Məlumata görə, BOKT-un təsisçilərinin ümumi yığıncağı tərəfindən onun könüllü ləğvinə dair qərar qəbul edilib və bununla əlaqədar olaraq MBNP-yə müraciət olunub. “Bank olmayan kredit təşkilatları haqqında” qanun və Palatanın Nizamnaməsi rəhbər tutularaq BOKT-un 6 iyul 2006-cı il tarixli lisenziyası ləğv edilib.

Ən sərfəli kredit üçün müraciət et

Palatanın Direktorlar Şurasının digər qərarı ilə poçt rabitəsinin milli operatoru olan “Azərpoçt” MMC-nin 7 şöbəsinə əsasnamələri ilə nəzərdə tutulmuş maliyyə xidmətlərinin həyata keçirilməsi üçün icazələr verilib. 

Mənbə : report.az

Ən sərfəli krediti almaq üçün müraciət et