Çinin texnologiya nəhəngi də avtomobil bazarına daxil olur | Banco.az

Çinin texnologiya nəhəngi də avtomobil bazarına daxil olur

Tamara Mustafayeva, Banco.az

Çinin texnologiya nəhəngi də avtomobil bazarına daxil olur.

Əvvəlki məqalələrimizdə xəbər verdiyimiz kimi, son günlərdə ardıcıl olaraq dünyaca məşhur texnologiya şirkətlərinin avtomobil istehsalına başlayacaqlarına dair məlumatlar əldə edirik. İndi isə Çinin texnologiya nəhəngi "Baidu" şirkəti də bu sektora daxil olmaq üçün "Geely" ilə müştərək şirkət təsis edəcəklərini açıqlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Çinə məxsus axtarış brauzeri şirkəti "Baidu" avtomobil istehsalçısı "Zhejiang Geely Holding Group" ilə smart elektromobil istehsal etmək üçün müştərək şirkət quracaqlar. Şirkətdən edilən açıqlamaya görə, yeni yaradılacaq şirkət "Baidu"dan asılı olmayacaq və "Geely" isə strateji sərmayəçi mövqeyinə sahib olacaq.

Xatırladaq ki, elektromobil bazarına maraq getdikcə artarkən İlon Mask ötən həftə nəhayət ki, Ceff Bezosu geridə qoyaraq dünyanın ən varlı insanı olmağa müvəffəq olub.

Həmçinin oxu: Apple bu tarixdə avtomobil istehsal edəcək

Apple firmasından sonra LG də avtomobil bazarına daxil olacaq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram