Tamara Mustafayeva, Banco.az
Apple firmasından sonra LG şirkətinin də elektromobil bazarına daxil olacağı elan edilib.
Cənubi Koreyanın elektronika istehsalçısı LG Electronics şirkəti elektromobil hissələri istehsal etmə işini Kanadanın Magna International şirkəti ilə müvafiq razılaşma imzalamaqla yeni müştərək layihəyə çevirməyi planlaşdırır.
Banco.az xarici mətbuata istinadla bildirir ki, bu yeni təşəbbüsdə üstünlük LG şirkətinə məxsus olacaq, ancaq Magna 453 milyon dollar müqabilində 49% səhmləri satın alacaq. Müştərək layihə çərçivəsində Koreya və Çindəki fabriklərdə elektrik mühərrikləri, cərəyan çeviriciləri və elektrik ötürücü sistemlər istehsal ediləcək.
Qeyd edək ki, məsələ ilə bağlı açıqlama edildikdən dərhal sonra şirkətin səhmləri təqribən 30%, ən böyük səhmdar olan LG Corp.-un səhmləri isə 10% yüksəlib.
Həmçinin oxu: Apple bu tarixdə avtomobil istehsal edəcək
Bizi sosial şəbəkələrdən izləyin!!