Tamara Mustayeva, Banco.az
Apple 2024-cü ildə avtomobil istehsal edəcək.
Banco.az xarici mətbuata istinadla bildirir ki, kompüter və smartfon istehsalçısı Apple firması 2024-cü ildə özlərinə məxsus batareya texnologiyasından istifadə edərək avtomobil istehsal etməyi planlaşdırır.
Xəbərin açıqlanmasında dərhal sonra Apple şirkətin səhmləri sürətli yüksəlişə keçərkən Tesla-nın səhmləri isə təqribən 6.7% geriləyib.
Pandemiyadan sonra əsas diqqətin ekoloji təmiz nəqliyyat vasitələrinin istehsalına yönəldiləcəyi məlumdur. Qeyd edək ki, Avropa İttifaqı Komissiyası bir müddət əvvəl yayımladığı hesabatda 2030-cu ilədək 30 milyon elektromobilin istismara buraxılacağı bildirilmişdi. Sözügedən hesabata görə, Avropa yollarında 2030-cu ilə qədər ən az 30 milyon elektromobil və 80 min sıfır emissiyalı yük maşını hərəkət edəcək. Avtonom avtomobil texnologiyası isə geniş yayılacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!