Maskın şirkəti 4 milyard dollarlıq maliyyələşdirmə turu üzrə danışıqlar aparır | Banco.az

Maskın şirkəti 4 milyard dollarlıq maliyyələşdirmə turu üzrə danışıqlar aparır

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Maskın tunel tikintisi sahəsində fəaliyyət göstərən “The Boring Company” şirkəti 20 milyard dollar dəyər qiymətləndirilməsi əsasında 4 milyard dollarlıq maliyyələşdirmə turu həyata keçirmək üçün danışıqlar aparır.

Şirkətin 20 milyard dollarlıq yeni qiymətləndirilməsi onun 2022-ci ildəki 5,7 milyard dollarlıq bazar dəyəri ilə müqayisədə əhəmiyyətli artım deməkdir.

Hazırda “The Boring Company”nin Las-Veqasda fəaliyyət göstərən nəqliyyat sistemi mövcuddur. Bu sistem yeraltı tunellərlə yerüstü marşrutları birləşdirir və “Tesla” avtomobilləri vasitəsilə sərnişinləri müxtəlif stansiyalar arasında daşıyır. Bununla belə, tunellərin tikintisində çalışan işçilər arasında ağır xəsarət alanlar olub. Bundan başqa, Nevada ştatının tənzimləyici qurumları ötən il şirkətin ətraf mühitlə bağlı qaydaları təxminən 800 dəfə pozduğunu açıqlayıb.

“The Boring Company” ABŞ-ın Neşvill şəhəri və Dubayda yeraltı tunel şəbəkələrinin tikintisini planlaşdırdığını elan edib. Şirkət daha əvvəl Baltimor, Çikaqo və Los-Ancelesdə də müxtəlif layihələrin həyata keçirilməsi üçün təkliflər təqdim etmişdi.

Şirkət 2018-ci ildə “SpaceX”dən ayrılaraq müstəqil fəaliyyət göstərməyə başlayıb. “SpaceX” yaxın vaxtlarda tarixdə ən böyük ilkin kütləvi səhm təkliflərindən (IPO) birini həyata keçirsə də, o vaxtdan bəri şirkətin səhmlərinin qiyməti nəzərəçarpacaq dərəcədə ucuzlaşıb.

“The Boring Company” iri şəhərlərdə nəqliyyat sıxlığını azaltmaq məqsədilə yeraltı tunellərin qazılması və innovativ nəqliyyat infrastrukturu layihələrinin hazırlanması ilə məşğul olur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram