Müəllif: Gülnar Əhmədli, Banco.az
Neftin qiyməti ABŞ-nin İrana qarşı hücumlarını dayandırmasının ardından diplomatik həll ehtimallarının artması və Yaxın Şərqdə enerji axınının normallaşacağı gözləntiləri fonunda təxminən 1% ucuzlaşıb.
Banco.az xəbər verir ki, Brent markalı neftin fyuçersləri 0,6% azalaraq bir barel üçün 87,82 dollara, ABŞ-ın WTI nefti isə 0,8% ucuzlaşaraq 81,95 dollara düşüb.
ABŞ Prezidenti Donald Tramp İranla “müsbət danışıqlar” aparıldığını və razılaşma əldə edilə biləcəyini bildirib. Bununla belə, danışıqların uğursuz olacağı təqdirdə hücumların yenidən başlayacağını deyib. İran isə öz növbəsində cavab tədbirləri görəcəyi ilə hədələyib.
Analitiklər bildirirlər ki, gərginliyin azalması neft qiymətlərinə təzyiqi zəiflədib. Bununla yanaşı, Hörmüz və Qırmızı dənizdə gəmiçiliklə bağlı risklər hələ də yüksək olaraq qalır. Barclays analitiklərinin məlumatına görə, iyulun 24-də başa çatan həftədə Hörmüz boğazından xam neft və neft məhsullarının xalis ixracı gündəlik 2,9 milyon barel təşkil edib. Bu göstərici əvvəlki həftədə 5,9 milyon barel olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
