Almaniyada biznes gözləntiləri yaxşılaşıb | Banco.az

Almaniyada biznes gözləntiləri yaxşılaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Ifo” İnstitutunun iyul ayı üzrə gözləntilər indeksi əvvəlki ayın yenidən nəzərdən keçirilmiş 84,3 bəndindən 86,7 bəndə yüksəlib. “Bloomberg”in sorğusunda iştirak edən iqtisadçılar isə indeksin 84,8 bənd olacağını proqnozlaşdırırdılar.

Cari vəziyyət indeksi isə gözlənilmədən geriləyib. “Ifo” İnstitutunun açıqladığı məlumata görə, bu göstərici iyul ayında iyundakı 87,0 bənddən 86,5 bəndə enib.

Almaniyada “Ifo” biznes mühiti indeksi də bazar gözləntilərini cüzi şəkildə üstələyib. Məlumatlara əsasən, iyul ayında biznes etimadı indeksi 86,6 bənd təşkil edib. Bu göstərici 86,0 bəndlik proqnozdan yüksək olub.

“Ifo” İnstitutunun prezidenti Klemens Fuest bildirib: “Fars körfəzindəki qeyri-müəyyən vəziyyətə baxmayaraq, Almaniya iqtisadiyyatında nikbinlik artır və əvvəlki dövrlərlə müqayisədə daha az bədbinlik müşahidə olunur.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram