Çin viza prosesini yenidən başladır | Banco.az

Çin viza prosesini yenidən başladır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Kovid-19 pandemiyasının əvvəlində dayandırılan viza prosedurlarının bərpa ediləcəyini bildirib.

Banco.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin Konsulluq İşləri İdarəsindən açıqlama verilib.

Açıqlamada səfirliklər, konsulluqlar və gömrükdəki viza idarələrinin Kovid-19 pandemiyasının başlanğıcında dayandırılan viza prosedurlarına yenidən başlayacağı bildirilib.

Turist vizaları və müvəqqəti tranzit vizaları da daxil olmaqla, bütün növ vizalar üçün müraciətlərin və təsdiqlərin qəbulu bərpa olunarkən viza prosedurlarının dayandırıldığı 28 mart 2020-ci il tarixinədək verilmiş vizalar da qüvvədə qalacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ölkənin cənubundakı Haynan adasına, Honkonq və Makao Xüsusi İnzibati Bölgələrindən Quanqdonq əyalətinə qrup səfərləri üçün vizasız girişin təmin ediləcəyi də bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et