Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 12 milyard 677,8 milyon manat investisiya yönəldilib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10 % çoxdur.
O cümlədən, son 1 ildə qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 1,4 % artaraq 8 milyard 431,1 milyon manat təşkil edib.
