Abşeron və Hacıqabulda “AzInTelecom” MMC-nin yeni DATA mərkəzləri inşa olunur.
Banco.az xəbər verir ki, bu barədə "AzInTelecom"dan bildirilib.
Məlumata görə, Abşeronda DATA mərkəzinin yaradılması üçün 4 hektar ərazi ayrılıb.
Hacıqabulda isə 3 hektarlıq ərazidə milli DATA mərkəzinin yaradılması nəzərdə tutulub.
Hazırda “AzInTelecom”un Bakı və Yevlaxda DATA mərkəzləri fəaliyyət göstərir.
Yeni mərkəzlərin istifadəyə verilməsi ilə şirkətin ölkə üzrə DATA infrastrukturu daha da genişlənəcək.
