Çin və Səudiyyə şirkətləri günəş panellərinin istehsalına 3 milyard dollar sərmayə qoyacaqlar | Banco.az

Çin və Səudiyyə şirkətləri günəş panellərinin istehsalına 3 milyard dollar sərmayə qoyacaqlar

Müəllif:Ayşən İmanova/Banco.az

İki Çin günəş paneli istehsalçısı və Səudiyyə sərmayədarı Səudiyyə Ərəbistanında panel istehsalı müəssisələrinin tikintisinə təxminən 3 milyard dollar sərmayə qoyacaqlar.

Banco.az xəbər verir ki, Çinin “TCL Zhonghuan Renewable Energy Technology” şirkəti, “Public Investment Fund” (PIF) suveren fond bölməsi və Səudiyyə Ərəbistanının bərpa olunan enerji şirkəti “Vision Industries” birgə müəssisə yaradacaq. 

Məlumata görə, onların ümumi investisiyaları təxminən 2,08 milyard dollar təşkil edəcək.

Qeyd edilib ki, TCL BM-də 40% pay alacaq, PIF daha 40%, qalan pay isə “Vision Industries”ə çatacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et