Tamara Mustafayeva, Banco.az
Çin artıq TikTok razılaşmasına əvvəlki kimi müsbət yanaşmır.
Çin TikTok və Oracle arasında imzalanması gözlənilən razılaşmaya tarazlığı qorumaması səbəbilə artıq müsbət yanaşmır və dövlət mətbuatı sözügedən razılaşmanı "Amerika tələsi" və "hiləli oyun" kimi təsvir edir.
Bir neçə gün əvvəl TikTok razılaşması Çin üçün qazanc kimi dəyərləndirilsə də, hazırda dövlət mətbuatı bu razılaşmanı "Amerika tələsi" və "hiləli oyun" kimi təsvir edir.
Qeyd edək ki, ötən həftə Oracle şirkətinin yeni yaradılacaq "TikTok Global" şirkətinin 12,5%-lik, Walmart-ın isə 7,5%-lik səhminə sahib olmağı planlaşdırdıqları məlum olmuşdu.
Bu vəziyyət də öz növbəsində TikTok platformasının gələcəyinə dair razılaşmanı yekunlaşdırmağı çətinləşdirir.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən həftənin şənbə günü etdiyi açıqlamada Oracle-TikTok razılaşmasını prinsipcə təsdiqlədiyini bildirmişdi.
TikTok razılaşması ilə bağlı digər xəbərləri aşağıdakı link-lərə daxil olmaqla oxuya bilərsiniz:
Tramp TikTok-u bağlamamaq üçün şərtini irəli sürdü
ABŞ-da TikTok qadağası təxirə salındı
TikTok nəhayət Oracle və Walmart ilə razılıq əldə etdi
Bizi sosial şəbəkələrdən izləyin!!