Kreditləri ən sürətlə artan banklar (III rüb 2026) | Banco.az

Kreditləri ən sürətlə artan banklar (III rüb 2026)

Araşdırma: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları yanvar-sentyabr ayları üzrə maliyyə nəticələrini açıqlayıblar.

Araşdırmamıza görə, hesabat dövrü ərzində əksər bankların kredit portfelində artım qeydə alınıb. III rübdə kredit portfelini ən çox artıran bank isə AFB Bank olub. Belə ki, bankın kredit portfeli 2025-ci ilin sonundakı 292,5 milyon manatdan 413,4 milyon manata yüksəlib. Bu isə 41%-lik artımdır və ölkə bankları arasında ən yüksək göstəricidir. 

Banco.az xəbər verir ki, 9 ayda kredit portfelini ən çox artıran TOP 5 bankdan ikincisi Bank of Baku olub. Bankın kredit portfeli ilin əvvəli ilə müqayisədə 29% artaraq 1,2 milyard manata yüksəlib.

Bank VTB Azərbaycan-ın kredit portfeli 25% artaraq 304 milyon manata, Ziraat Bank Azərbaycan-ın portfeli 24% artaraq 949 milyon manata, Bank Melli İran-ın Bakı filialının portfeli isə 21% artaraq 2,8 milyon manata çatıb: 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram