Tramp TikTok-u bağlamamaq üçün şərtini irəli sürdü | Banco.az

Tramp TikTok-u bağlamamaq üçün şərtini irəli sürdü

Tamara Mustafayeva, Banco.az

ABŞ prezidenti Donald Tramp ölkəsindəki bölməsi hər hansı bir Amerikalı şirkətə satılmadığı təqdirdə Çinin sosial media platforması "TikTok"-u 15 sentyabr tarixində ölkə ərazisində qadağan edəcəyini açıqlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, prezident Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransı zamanı jurnalistlərə açıqlamasında Çinin "ByteDance" şirkətinə məxsus TikTok platformasının Amerikada qadağan edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Təhlükəsizlik tədbirləri səbəbilə TikTok platformasının Çinin nəzarətində olmasını istəmədiklərini vurğulayan Tramp Microsoft və ya digər bir böyük Amerikalı firmanın sözügedən platformanın ABŞ bölməsini satın almasının zəruri olduğunu söyləyib.

Əks təqdirdə, "15 sentyabr tarixində ölkə ərazisində TikTok platformasından istifadəni dayandıracağıq", deyə bildirib.

Microsoft şirkətindən açıqlama gəlib

Microsoft şirkətindən bu gün edilən açıqlamaya görə, şirkətin CEO-su Satya Nadella prezident Donald Tramp ilə məsələ ilə bağlı görüşüb.

Tramp və Nadellanın görüşündən sonra şirkətin TikTok platformasının ABŞ bölməsini satın almaq üçün müvafiq araşdırmalara başladığı vurğulanan açıqlamada, "Microsoft prezidentin narahatlıqlarının nəzərə alınmasına mühüm əhəmiyyət verir" ifadədələrinə yer verilib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin açıqlamada sözügedən tətbiqin ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyadakı bölmələri ilə bu ölkələrdə fəaliyyət göstərmək üçün müvafiq lisenziyanı satın almaq üçün razılığa gəlmək məqsədilə görüşlər keçirildiyi bildirilib.

Həmçinin oxu: Çinli sahibi TikTok-u satmağa hazırlaşır

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et