Bürcünüz peşəkar karyeranıza necə təsir göstərir? | Banco.az

Bürcünüz peşəkar karyeranıza necə təsir göstərir?

Qeyd edək ki, Avstriyanın Salzburq şəhərində bir sığorta şirkəti qəzetlərdə satış və idarəetmə departamentinə Oğlaq, Buğa, Dolça, Qoç və Şir bürcü olan əməkdaş axtardıqlarına dair elan paylaşmışdı. Şəxsi sualların qadağan edildiyi ABŞ, Avstraliya, Kanada kimi ölkələrdə iş müsahibələri əsnasında namizədlərin şəxsiyyətinə dair ipucu əldə edə bilmək üçün bürclərdən istifadə olunur.

Bürcünüzə əsasən necə işçisiniz? İnsanların iş yerindəki davranışları müşahidə edilərək aşağıdakı qənaətə gəlinib.

Qoç

Parlaq bir işgüzar həyatınız var. İdealist bir şəxsiyyətə sahibsiniz. Çox sürətlə düşünür, ani qərarlar verirsiniz. Odur ki, iş yerində lider mövqeyinə yüksəlməyiniz digər əməkdaşlara nisbətən daha realdır. Riskli vəziyyətlərdə hamıdan daha soyuqqanlı qala bilir və daha məntiqli qərarlar verə bilirsiniz. Bu da sizi digərlərindən seçilən işçi edir.

Buğa

Buğa bürcü stajçıların göz bəbəyidir. Çox sakit olan bu insanlar qarşısındakı insanla yaxından maraqlanır, köməklərini əsirgəmirlər. Səbirlə işlərinin öhdəsindən gəlirlər. Böyük xəyalların arxasınca qaçmırlar. İş yerindəki mövqeləri onlara kifayət edir.

Həmçinin oxu: Bürclər varlanmaq üçün nə etməlidir?

Əkizlər

Əkizlər bürcü heç kimlə yarışa girmir. Ona görə də ofisdə rəqabəti hiss etməyəcəyiniz insanlardan biridir. Çox səbirsizdirlər. Eyni zamanda araşdırmağı sevirlər. İdealları mövcuddur, lakin nə cür ideal olduğu mövzusunda özləri də qərarsızdır. Qərarsızlıq işgüzar həyatında Əkizlərə əngəl törədə bilər.

Xərçəng

Sakit və durğun təbiətə malikdir. Əksər hallarda hisslərlə hərəkət edirlər. Bu xüsusiyyət peşəkar mənada bu bürcün nümayəndələrinə mənfi təsir göstərir.

Şir

Məğlubiyyətə dözümü olmayan bürcdür. İş mühitində ən təhlükəli şəxsiyyətə sahib olan bürcün məhz Şir olduğunu deyə bilərik. Gözü yuxarılarda olan bu bürcün məqsədi ən üst pilləyə çıxmaqdır. Liderliyə də Şirlər daha çox can atır.

Qız

Ağıllı və praktik insanlardır. Bu səbəblə də rəğbət qazanırlar. Gözəl tərif deyə bilmək qabiliyyəti ilə yanaşı kəskin tənqidləri ilə də seçilirlər. Nizam-intizam mövzusunda həddən artıq diqqətlidirlər. Odur ki, Qız bürcü altında doğulmuş birinin iş masasını dağınıq görə bilməzsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Tərəzi

Qərarsızlıqları ən böyük mənfi cəhətləridir. Münaqişə mühitini ən yaxşı şəkildə sakitləşdirmək də məhz onlara müyəssər olur. Ofisdəki gərginliyə çox yaxşı nəzarət edirlər. Detallara qarşı diqqətcildir və kəskin rəqabət şəraitində deyil, sakit-sakit işləyərək uğur qazanır.

Əqrəb

İnadkar şəxsiyyətə sahibdir. Bu insanlarla işləmək bəzi hallarda ətrafdakılara çox çətin gələ bilər. Öz bildiklərinin üzərində təkid etdiklərinə görə onlara yeni bir şey öyrətmək olduqca qəliz məsələdir.

Oxatan

Səhvə yol verdiyi zaman bundan ibrət almağı bilən bir bürcdür. Bir dəfə yol verdiyi xətanı ikinci dəfə təkrarlamır. Bu da iş dünyasında əhəmiyyətli xüsusiyyətdir. Qavrama qabiliyyətləri inkişaf edib. Risk etməyi xoşlayırlar. Cəsarətli olmaqları peşəkar dünyada şanslarını artıran faktor ola bilər.

Oğlaq

İşlərinə çox aludə olurlar. Hətta sosial həyatlarını işə qurban verməyə də meyllidirlər. Gələcəyi ən incə detallara qədər planlaşdırırlar. Etibarlı və dürüst olduqlarına görə ən çox axtarılan əməkdaşlardır.

Dolça

Sevimli və insanlar arasında ayrı-seçkilik etməyən bürcdür. Dolçalar tabeliklərindəki işçilərə qarşı diskriminasiyaya yol vermirlər. Ofisdə sevilən əməkdaşlardan biridir. Lakin bəzən qəfildən inadkar və sabitfikirli birinə çevrilə bilirlər. Belə məqamlarda səbirli olmaq lazımdır.

Balıqlar

Dürüst və səbirli olmaq Balıqların ən yaxşı xüsusiyyətləridir. İşlərini böyük bir səbirlə görürlər. Onları hər nə qədər sakit biri kimi tanısanız da daxilində daha yüksək mövqeyə can atmaq istəyi hər an yarana bilər.

Həmçinin oxu: T-şəkilli insanlar: Siz də onlara daxilsinizmi?

Nigar Umaxanlı, Finco.az