Bürclər varlanmaq üçün nə etməlidir? | Banco.az

Bürclər varlanmaq üçün nə etməlidir?

Bütün insanlar özlərinə zövq verən işi görməklə varlı, uğurlu və hörmətli olmaq istəyir. Banco.az portalı Ens.az saytına istinad edərək, müxtəlif bürclərin zəngin olmaq üçün əməl etməli olduğu qaydaları təqdim edir.

Qoç

Qoç təbiətcə böyük enerji potensialına malikdir, buna görə də bütün bürclərdən ən çox onların maliyyə uğuru qazanması və çiçəklənməsi şansı çoxdur. Qoçun həyat vəzifəsi – lider və ilk olmaqdır. Bu insanlara ən çox rəhbər vəzifələr və ya öz biznesi uyğundur. Onlar ən yaxşı incəsənət, istehsalat, elm, tibb, iqtisadiyyat, daxili işlər orqanları və indamda özlərini reallaşdıra bilir. Unutmayın ki, varlanmaq üçün özünüzün düz və diplomatlılığınızı, həmçinin pulunuzu havaya sovurmaq istəyini cilovlamaq lazımdır.

Buğa

Buğanın əsas keyfiyyəti – inadkarlığıdır. Onlar yeniliyi sevmirlər və orijinal ideyaları yaxşi generasiya etmirlər, lakin yad ideyaları uğurla həyata keçirə bilirlər. Sadəcə olaraq müdrik və kreativ işgüzar partnyor tapın və ya böyük şirkətə işə girin. Siz fermerlik, bank işi, dəqiq elmlər, otel-restoran biznesi, ticarət, psixologiya və incəsənət sahələrində uğur qazana bilərsiniz.

Əkizlər

Qızlar kimi Əkizlər də ən intellektual bürc hesab olunur. Bu insanlar informasiyanı əldə etmək və yeni vərdişlər inkişaf etdirmək kimi unikal istedada malikdir. Bundan başqa onlar çox yaradıcı insanlardır və heç nədən ideya yarada bilirlər. Əkizlərin dil, ədəbiyyat, natiqlik mədəniyyətinə istedadı var. Uğur qazanmaq üçün onlara yığcam və çalışqan olmaq üzərində diqqətini cəmləşdirməlidirlər. Onlar televiziya, şəriklik, ticarət, humanitar elmlər, turistik biznes, hüquq, pedaqogika və nəşriyyat işləri sahələrində varlana bilərlər. Ən yaxşısı isə Əkizlər bir neçə təhsil alsalar öz işində onların hər birinin üstünlüyündən istifadə edə biləcəklər.

Xərçəng

Xərçəngin əsas silahı günəş altında öz yeri uğrunda mübarizəsi – onların intuitivliyi və sirli olmasıdır. Bu insanlar varlana biləcəkləri pullu yerləri və insanları sadəcə olaraq hiss edirlər. Onların klassik strategiyası – sakitcə insana qulaq asmaq, sonra onun ideyaları bir az dəyişib özününkü kimi qələmə verməkdir. Xərçəngə dəqiq riyazi hesablama tələb edən iş çətin uğur gətirir, lakin onlar turizm, psixologiya,pedaqogika, dizayn və keçmişi araşdıran peşə sahələrində (tarix, incəsənər, arxeologiya, folklor tarixi) varlana bilərlər.

Şir

Şirlər böyük həyat enerjisi və inadkarlığa sahibdir, lakin onlar bu keyfiyyətlərin öhdəsindən gəlmədikdə dağıdıcı olurlar. Bu insanlar tədricən, yumşaq və məlahətli hərəkət edən heyvanlardan nümunə götürməlidirlər. Şirlər müstəqil olur, onlar digər insanları yaxşı idarə edir, lakin ancaq özlərinin ürəyincə olan işdə uğur qazana bilirlər. Onların çoxlu istedadı var, buna görə də onlar mütləq onların birincə özlərini göstərməlidirlər. Axı adi icraçı iş onlar üçün qısa zamanda darıxdırıcı olacaq. Özünüzə güvənəcəyiniz peşə seçin – qoy bu peşə rəhbərlik və ya şəxsi biznes olsun. Sizə istehsalat, zərgərlik, hökumət işi və diplomatik xidmət, aktyorluq və şou-biznes uyğundur.

Qız

Qızlar təbiətən böyük intellektə sahibdir. Onların analitik ağlı var: hər hansı nəticəyə gəlmək üçün onlara problemi tərkib hissələrə bölmək, onların qarşılıqlı əlasini analiz etmək lazımdır, sonra isə fikirdə geriyə yığmaq lazımdır. Onlar çox diqqətlidir, xırdaçı və tənqidi düşüncə ilə fərqlənirlər. Qızlar dəqiqlik və diqqətlilik tələb edən işlərdə uğur qazana bilərlər. Onlar geniş miqyaslı layihələrdən uzaq durmalıdır. Onlara elmi və intellektual fəaliyyətlə bağlı peşələr uyğundur: elektronika, riyaziyyat, texnika, mühasibat və bank işi, tibbi, pedaqogika, cinayət axtarışı, xarici dillər.

Tərəzi

Tərəzilər – anadan gəlmə diplomatdırlar. Onlar münaqişə həll etmək, diqqətlə qulaq asmaq, insanlara şəfqət göstərmək və onları inandırmaq istedadına malikdir. Onlar asanlıqla yeni şəraitə uyğunlaşırlar, buna görə də həm cəmiyyətin elitası, həm də adi fəhlə insanların arasında özlərini sərbəst hiss edirlər. Tərəzilər yaradıcı insanlardır, buna görə də işdə onlar üçün ən vacib özünü göstərməkdir. Bu həqiqətən vacibdir! Sizə xoşlamadığınız işdə varlanmaq mümkün olmayacaq və heç bir inadkarlıq buna kömək etməyəcək. Tərəzilərə özünü göstərmək, cəmiyyətlə və ya cəmiyyətə işləmək, xeyirli və lazımlı insan olmağı xoşlayırlar. Pul və uğuru bu insanlara aktyorluq məharəti, diplomatik xidmətlər, hüquq, dizaynerlik fəaliyyəti, səhnə, televiziya və şou biznes, həmçinin müəllimlik fəaliyyəti sahələri gətirə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Əqrəb

Əqrəb təbiətcə öz yolunda hər şeyi məhv etməyi bacaran heyranedici istedad və gücə malikdir. Onlar insanlar üzərində hökmranlıq edə bilir və onların fikrini oxuyaraq hiss edə bilir. Əqrəblərin problemləri kin, həyata skeptik yanaşma və ehtirasdır ki, bunlar da özlərini daxildən məhv edəcək nifrətə dönə bilər. Onlar risk və təhlükə ilə əlaqədar peşələri (bir qayda olaraq bu peşələr yüksək məvaciblidir) seçməlidir. Onlara həmçinin fəlsəfə, ezoterika, sehr və şəfaətçi peşələri də uyğundur. Əqrəblər ən yaxşı tibb, kriminalistika, cinayət axtarışı, arxeologiya və ədəbiyyat sahələrində özlərini reallaşdıra bilirlər.

Oxatan

Oxatanların əsas dəlili – sərhədsiz optimizm və uğura inamdır. Fikir gücü isə məlum olduğu kimi möcüzələr yaradır. Oxatanlar ətrafdakıları özlərinə cəlb etməyi bacarırlar. Bu şən, geniş ürəkli və açıq insanların cazibəsi qarşısında heç bir insan dayana bilməz. Bundan başqa Oxatanlar - əla rəhbərdir. Onlar yumşaq və sakitcə insanları düzgün istiqamətə özlərinin şəxsi mənfəəti üçün deyil, insanların özlərinin mənfəəti üçün istiqamətləndirə bilir.  Onlara hakimiyyət deyil, auditoriyanın diqqəti, dinləyicilərin həvəsi və marağı lazımdır. Uğur qazanmaq üçün sizə həyatınızı planlaşdırmaq lazımdır. Öz maliyyə məqsədlərinizə çatmaq üçün dəqiq plan tərtib edin. Dürüst olun və danışığına fikir verin. Sizin üçün ideal peşə - pilot, hüquqşunas, tərbiyəçi, trener, turist agentliyinin sahibi, frilanser.

Oğlaq

Oğlaqların maliyyə uğuru qazanmaq üçün inadkarlıq və zəhmətkeşlik kimi xüsusiyyətləri var. Varlılığa olan yolda ən qəddar düşməniniz olan pessimizim və qorxu ilə mübarizə aparmalı olacaqsınız. Oğlaqlar həyatda böyük və yüksək ideya ilə irəliləyirlər, buna görə də onlar çox vaxt rahib və təbliğatçı olurlar. Lakin bütün bunların təbii ki pulla əlaqəsi yoxdur, buna görə də varlanmaq istəyirsinizsə həyat baxışlarınız və prinsiplərinizdən istifadə etməklə gəlir gətirmək barədə düşünün. Oğlaqlar yaxşı təşkilatçıdırlar, lakin rütbəli vəzifələrdə kollektivə təsir etmək və kollektivdə özünün keyfiyyətli işi ilə seçilməyi ilə fərqlənirlər. Onlara pedaqogika, texnika, biznes, iqtisadiyyat və siyasətlə əlaqəli peşələr uyğundur.

Dolça

Dolça bürcü altında doğulan insanlar öz dövrünü hər şeydə və hər zaman qabaqlayır. Bunlar ixtiraçı, alim, rəssam və mütəfəkkirlərdir. Onlar qeyri-standart fikirləşməsi bacarığı ilə fərqlənirlər və çərçivədən çıxırlar. Onlar çox gözüaçıq və ehtiyatlıdırlar, lakin tənbəllik və qərarsızlıq onların dahi ideyalarını reallaşdırmağa mane olur. Buna görə də onlara icraçı və əməksevər biznes partnyor lazımdır. Sizə kosmonavt, informatika, teleaparıcı, jurnalist, yazıçı, vətəndaş fəalı və xadimi, siyasətçi, psixoloq və yaradıcılıqla bağlı istənilən peşə uyğundur.

Balıqlar

Həssas və emosional Balıqlar dünyanı intuisiya ilə qəbul edir. Onlar şəfqət göstərmək, təskinlik vermək və dərdinə şərik olmaq xüsusiyyətinə görə digərlərindən çox fərqlənir. Onlar həmsöhbətinin xətrinə hiyləgərlik edə bilirlər,  məlumatı saxlaya bilirlər və hadisəni bəzəyə bilirlər, buna görə də onlardan yaxşı vasitəçi və diplomat olar. Balıqlara nadir hallarda sərbəst varlanmaq nəsib olur, buna görə də onlara varlı prodüser, xeyriyyəçi və ya qadınlar üçün ərə getmək lazımdır ki, onların cəmiyyətə xeyirli, eyni zamanda gəlirsiz işlərini maliyyələşdirsin. Əgər Balıqlar axına qarşı üzməyə cəhd etsələr və özündə güc toplayarlarsa hər şeyə sərbəst də nail ola bilərlər. Onların fəaliyyəti üçün ən yaxşı sahələr – incəsənət, musiqi, səhnə, alternativ tibb, sosiologiya və gizli elmlərdir.

Ümid edirik ki, bu qoroskop sizin məşğul olduğunuz işin sizi varlı etməsi fikrini möhkəmləndirdi. Əgər elə deyilsə onda öz ürəyinizə qulaq asın və hər şeyə yenidən başlayın. Həm də sizin qarşınızda özünü reallaşdırmaq və varlı olmaq məqsədi var.

Müəllif: Famil Ələkbərov, Mənbə: ens.az

Ən sərfəli krediti almaq üçün müraciət et