T-şəkilli insanlar: Siz də onlara daxilsinizmi? | Banco.az

T-şəkilli insanlar: Siz də onlara daxilsinizmi?

T-şəkillilər hərtərəfli inkişaf etmiş, geniş dünyagörüşə və güclü bacarıqlara malik insanlardır. Öz peşəkar sahələrində ideal biliklərə sahibdirlər, bununla yanaşı başqa sahədən də başları çıxır. “Work.ua” rekruterlərin niyə onlar üçün mübarizə aparıb şirkətə gətirməyə çalışdıqlarını araşdırıb.

Beləliklə, T-şəkilli insanlar müxtəlif sahələrdə çoxşaxəli təcrübə və biliklərə sahib olduqları üçün müxtəlif işlərlə məşğul ola bilərlər. Bu, “T” hərfinin üfüqi xəttidir. Eyni zamanda, hər şey baza profilə, yəni “I”-ya, başqa sözlə, şaquli — əsas peşə səriştəliliyinə əsaslanır.

Məsələn, PHP proqramçısı (əsas profil) dizaynı yaxşı bilir və daha çevik, ən uyğun bir həll təklif edə bilər. Və ya daha yaxşısı, psixologiya haqqında çox şey bilir və əla bir komanda lideri ola bilər.

Yaxud da maraqlı yazılar yaza bilən bir analitik təşkilatın bloqunu yeni başlayanlar və ya mütəxəssislər üçün dərin və düşüncəli məsləhətlərlə zənginləşdirir.

Həmçinin oxu: Əmək bazarındakı qiymətinizi necə qaldıra bilərsiniz?

Diş həkimi uşaq psixologiyası barədə çox məlumatlıdır, buna görə də uşağı onun yanına müalicəyə gətirmək istəyənlərin növbəsi getdikcə böyüyür.

Mühasib təşkilatçılıq qabiliyyətinə malikdir, odur ki, tematik klublar və işdənxaric iclaslara görə məsuliyyət daşıyır. Bununla da şirkətdə komanda quruculuğuna töhfə verir.

Ən sərfəli kredit üçün müraciət et

Belə insanlar bu gün hər bir iş yeri üçün lazımlıdır. İndiki dövrdə sadəcə bir bacarıqla aktual qalmaq mümkün deyil. Bir neçə bacarığı birləşdirərək işəgötürənin gözündə dəyərli işçiyə çevrilmək olar. Öz ixtisasının çərçivəsindən çıxmaq böyük üstünlükdür.

Həmçinin oxu: Dəyərli işçiləri şirkətdə necə saxlamaq olar?

Necə T-şəkillli insan olmaq mümkündür?

Öyrənmək, daim öyrənmək.

Layihə tərtib edə bilirsiniz?

Dizayn, proqramlaşdırma, yazı yazmağı öyrənin. Bilik sahənizi genişləndirin, əlaqəli ixtisasları mənimsəyin, bacarıqlarınızı gücləndirin.

Zamanı qabaqlayın. Onda heç bir texnoloji inqilab, robotlar və süni intellekt sizin üçün qorxulu olmayacaq.

İş təklifləri özləri sizi tapacaq.

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et