Bu mərkəzi bank ötən 9 ilin ən yüksək faiz artımını edib | Banco.az

Bu mərkəzi bank ötən 9 ilin ən yüksək faiz artımını edib

Tamara Mustafayeva, Banco.az

Avstraliya Ehtiyat Bankı (mərkəzi bank) inflyasiya ilə mübarizə məqsədilə sərtləşdirmə prosesini oktyabr iclasında da davam etdirmək qərarına gəlib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avstraliya Ehtiyat Bankı (RBA) siyasət faizini 25 baza bəndi artıraraq 2,60 faizə çatdırıb. Beləliklə, ölkədə siyasət faizi 2013-cü ilin iyul ayından bəri ən yüksək səviyyəyə qalxıb.

Bazarlar daha güclü faiz artımı gözləyirdi. Belə ki, "Bloomberg"in sorğusunda iştirak edən iqtisadçılar RBA-nın faiz dərəcələrini 2,80 faizə qaldıracağını proqnozlaşdırmışdılar.

Faiz artımının gözləniləndən aşağı olmasının ardınca Avstraliya aktivlərində satış əməliyyatları müşahidə olunub. Avstraliya dolları da 1%-ə qədər ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et