"Bu il cari əməliyyatlar balansında ÜDM-ə nisbətdə 23-25% profisit ola bilər" | Banco.az

"Bu il cari əməliyyatlar balansında ÜDM-ə nisbətdə 23-25% profisit ola bilər"

Bu il Azərbaycan Mərkəzi Bankının (AMB) xarici valyuta ehtiyatları valyuta bazarında tarazlığı dəstəkləmək məqsədilə alışlar hesabına xalis olaraq 297 milyon ABŞ dolları artıb.

Bu barədə AMB-nin açıqlamasında bildirilir.

"İlin ötən dövrü ərzində valyuta bazarında tələbin aşağı olması nəzərə alınmaqla növbəti 2 ay ərzində AMB-nin xarici valyuta ehtiyatlarını satılmış vəsait qədər tam bərpa edəcəyi proqnozlaşdırılır. Bundan əlavə, 2022-ci ilin sonuna tədiyyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 23-25% intervalında profisitin olacağı proqnozlaşdırılır",- deyə qurum bəyan edib.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et